Uşaqlar üçün möcüzə çay - Təbiətin gücü
Evdə uşaq xəstələnəndə valideynləri düşündürən ilk məsələ hansı dərmanı, bitkini, çayı uşağa verməkdir ki, tez sağalsın.

İllərin sınanmış çay reseptini təqdim edirik. Bu çayı təbiətin gücü adlandırırlar. Hətta həkim uşağa dərman təyin etsə də, müalicə ilə yanaşı bu çayları tətbiq edin.

1. İtburnu çayı

Onda C, B2, P vitaminləri vardır. İtburnu immuniteti qaldırır, gücü bərpa edir, ödqovucudur. Uşaqlar üçün hazırlanması: 1 xörək qaşığı itburnunun üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzı bağlı 10 dəqiqə dəmlənir, sonra süzülüb içilir. Çay gündə 3 dəfə yeməkdən öncə içilir.

2. Çobanyastığı çayı

Köpmə, rotarovirusda, mədə-bağırsaq iltihabı, angina, iltihablarda, allergiyalarda çox yaxşı kömək edir. Eləcə də bu çayla kompress, qarqara, inhalyasiya etmək olar. Uşaqlar üçün 1 xörək qaşığı çiçəui 1 stəkan qaynar suda dəmləyib, soyudur, süzür. Yeməkdən öncə 2 xörək qaşığı olmaqla içirlər.

3.Gicitikan

Çox sayda vitamin ehtiyatı var. Böyrək, ağciyər soyuqdəymələrində, həzm problemində içilir. Uşaqlara gündə 3 dəfə 1 çay qaşığı ilə içirdilir.



Mənbə: Medicina.az
Print