15 mart üçün ulduz falı
Qoç - qarışıq, laübəli zamandır. Təəssüratlar və hisslər burulğanında çaş-baş qalmayın. Görüşlər, müzakirələr çox ola bilər. Faktları ehtimallar, sonucları gümanlarla əvəzləməyin. Hadisələrin bundan sonrakı inkişaf məcrasını təxminləməyə çalışın.


Buğa - sərfəli və mənfəətli işləri başqalarına həvalə etməyin. Peşəkar fəaliyyət müstəvisindəki ambisiyalarınız həddən ziyadə olmamalıdır. Ailənin maraqları və yaxınlarınızla münasibətlər daha çox diqqət tələb edir. Bir əldə iki qarpız tutmaq mümkün deyil. Təmkinli, soyuqqanlı olun. Problemlərin optimal həll yolunu arayın.


Əkizlər - günün ilk yarısında hadisələrin gedişatında ləngimə, astagəllik hiss olunacaq. Başqalarının pulları ilə risk etməyin. Kredit götürməyin, borc verməyin.


Xərçəng - ailənizin maraqlarını ani tanışlarınızın mənafelərinə qurban verməyin. Yaxınlarınıza dəstək olun, qohumlarınıza kömək edin. Ən mühüm məsələlərin həllinə yetərincə vaxt ayırın. Cari hadisələrin axınını dəyişməyin.


Şir - maliyyə məsələri, hesabatlar və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı nigaranlıq, maliyyə perspektivlərinin tam aydın olmaması sizi təbdən çıxarmamalıdır. Müzakirələri konstruktiv məcraya yönəldin.


Qız - günün ilk yarısı gərgin dönəmdir. Yaşananlara ifrat aqressiv, sərt reaksiya verməyin. Heç nəyi mürəkkəbləşdirməyin. Yarımçıq məsələlərin mahiyyətini anlamaq üçün tələsməyin. İntuisiyanız güclənsin. Orijinal ideyalar, problemlərin həllinin alternativ yolları istisna deyil.


Tərəzi - uzaqgörən olun, rəqiblərin addımlarının və qərarlarının heç olmasa, bir qismini əvvəlcədən təxminləməyi bacarın. Sağlam məntiq çərçivəsində hərəkət edin. Emosiyalara uymayın. Situasiyanın mürəkkəbliyini və birgə fəaliyyət göstərdiyiniz insanların hisslərini instiktiv anlayın.


Əqrəb - yeni məqsədlər və hədəflər bəlirləmək üçün əlverişli zamandır. Niyyətlərinizdə ardıcıl olun. Bir işi başa vurmamış başqasına başlamayın. Eqoizm, təşəxxüs, başqalarının fikirlərinə və mövqelərinə sayğısızlıq baha başa gələ bilər. Emosiyalar əlaqələrə əsla təsir etməməlidir.

Oxatan - sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar. Sadəlövh olsanız, problemlərlə qarşılaşacaqsınız. İntriqalara, müzakirələrə, dedi-qodulara qatılmayın. Şayiə daşıyıcıları olmayın.


Oğlaq - günün ilk yarısı dərin emosional sarsıntılar vəd edir. Qüvvə və enerji çatışmazlığı hiss edə bilərsiniz. Yalnız cari məsələlərin həlli ilə məşğul olun.

Dolça - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun.


Balıqlar - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google