Uçan avtomobillər 5 ilə gerçəkləşəcək
Texnologiya nəhəngi İntel şirkətinin dron müəssisəsinin rəhbəri Anil Nanduri, uçan avtomobillər və dron sektorunun gələcəyi haqqında şərhlər verdi.

Təcrübəli idarəçi, avtomobilləri uçurmanın şəhərlərin altlarında mövqeləndiriləcək tunellərdən daha az xərcli olduğunu söylədi.

Gündəlik həyatımızın ən böyük problemlərindən biri olan tıxac üçün texnologiyanın təmin etdiyi imkanlar daxilində ortaya atılan bir çox layihələr var. Elon Maskın tıxacı şəhərlərin altına salmaq layihəsilə yanaşı, digər şirkətlər də maraqlı layihələr təqdim etməyə davam edir. İntel şirkətinin dron müəssisəsinin rəhbəri Anil Nanduri, həllin yeraltında deyil, havada olduğunu söyləyir.

ABŞ media və texnologiya saytı CNET-dən Stiven Şanklanda müsahibə verən Anil Nanduri, günümüzün texnologiyasından uçan avtomobillərə qədər bir çox mövzuda şərh verdi. Gəlin bu maraqlı reportajdan olan hissələrə birlikdə nəzər salaq.

Gələcək 5 il ərzində uçan avtomobillərin həyatımıza girəcəyinə inanırsınızmı?

Anil Nanduri: Qətiyyən. Geniş əhatədə olmasa da, avtomobillərin səmaya yüksəldiyinə şahid olacağıq.

Bəs, 10 illik müddət üçün gözləntiniz nədir?

Anil Nanduri: Ehtimalla bundan 10 il sonra, hava taksiləri görməyə başlayacağıq. Bunun üçün işləyirik. Tıxac gedərək daha geniş bir hal alır. Texnologiyanın bunu həll edə biləcəyini bilməliyik.

Normal sürətdə gedən vasitələrdə belə qəzalar ola bilir. Uçan avtomobillərdə cazibə böyük bir mənfi cəhətdir. Bunun öhdəsindən necə gələcəksiniz?

Anil Nanduri: Uçan avtomobillərin gətirdiyi üstünlüklər, maneələrin qabağına keçəcək. Tıxacda itirdiyiniz vaxtı sizə geri vermələri əvəzində bir çox şey edə bilərsiniz. Bu vasitələr əlbəttə etibarlı olmalıdır. İlk vaxtda yalnız risk almağı sevənlər istifadə etsə də, gələcəkdə daha çox insan bu vasitələrlə rahatlığa qovuşacaq.

Mənbə: Milli.az
Print
თეგები: Texnologiya Marneulifm Marneuli