Marneulili əsgər Kazım Qəhrəmanovun döyülməsi faktı ilə bağlı iki nəfər saxlanılıb
Əsgər Kazım Qəhramanova qarşı fiziki zorakılıq və qəsbkarlıq faktı ilə bağlı saxlanılan şəxslər vəzifəli şəxslər deyil, – bu barədə “Interpresnews”a Müdafiə Nazirliyindən bildiriblər .

“Hərbi polis tərəfindən saxlanılan şəxslər vəzifəli şəxslər deyil, onlar da sıravi əsgərlərdir. İnsident sıravi əsgərlər arasında baş verib. Təqsirsizlik prezumpsiyasından irəli gələrək onların adlarını çəkə bilmirik”, – Müdafiə Nazirliyindən “Interpresnews”a bildiriblər.

Xatırladırıq ki, Gürcüstan Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin Hərbi Polisi iki nəfəri saxlayıb. Artıq 5 aydır ki, “Krtsanisi” Təlim Mərkəzində məcburi hərbi xidmətdə olan sıravi Kazım Qəhrəmanov bir neçə şəxsi zabitlərin də iştirakı ilə pul qəsb etməkdə və fiziki zorakılıqda ittiham edir.


Mənbə: ინტერპრესნიუს
Print
თეგები: Marneuli