Sağlamlıq üçün təhlükəli olan ədviyyatlar - SİYAHI
16:34 / 15.03.2019
Mətbəxi ədviyyatlarsız təsəvvür etmək çətindir.
Onlar yeməklərə və şirniyyatlara xüsusi tam verməklə yanaşı bir
sıra faydaları da mövcuddur. Amma onlar heç də həmişə düşüldüyü
kimi fayda vermir.
Orta əsrlərin məşhur həkimi və əlkimyaçısı Parasels bildirib:
"Hər şey zəhərdir. Hər şey dərmandır. Amma hər ikisi
miqdardan asılıdır"
Alimlər mətbəxdə istifadə edilən ən təhlükəli ədviyyatların
adlarını açıqlayıblar. Sağlamlığa zərər vurmamaq üçün onlardan
tamamilə imtina etmək deyil, sadəcə olaraq miqdarına diqqət
yetirmək lazımdır. O zaman bu ədviyyatlar faydalı olacaqdır.
Həmin ədviyyatları təqdim edirik:
1. Duz
Siyahının ən birinci yerində duz dayanır. Çoxsaylı araşdırmaların
nəticələrinə görə, natrium xlorid böyrəklərin və qan damarlarının
xəstəliklərinə səbəb olur. Bədənə düşən duzun qatılığını azaltmaq
üçün əlavə maye qəbuluna ehtiyac olur. Bu isə qan təzyiqinin
artmasına və bunla bağlı olaraq infarkt və insult riskinin
yaranmasına gətirib çıxarır.
2. Mayonez
Duzdan əlavə mayonezin tərkibində yumurta sarısı var ki, bu ərzaq
pasterizasiya olunmadan istifadə edilir. Bu isə salmonella ilə
yoluxma riskini artırır. Həmçinin də 1 x/q mayonezdə gündəlik
normanın 15% qədər yağ var.
3. Soya sousu
Bir xörək qaşığı soya sousunda 880 mq duz olur. Bu isə gündəlik
normadan bir qədər azdır. Həmçinin də, soya sousu soya bitkisinin
fermentləşdirilmiş pastasına 2% alkoqol əlavə edilərək hazırlanır.
Bu isə soya sousunu zəif likor olmasından xəbər verir.
4. Darçın və muskat qozu
Bu ədviyyatları yalnız bişintilərə və desertlərə əlavə etmək
tövsiyə olunur. Hər iki ədviyyatdan həddən artıq çox istifadə
edildikdə spazma və konvulsiyaya səbəb ola bilər.
5. Rozmarin
Yəqin çoxları rozmarinin cavanlaşdırıcı təsirindən xəbərdardır.
Amma bu bitkini qətiyyən hamilə qadınlar istifadə etməməlidirlər.
Həmçinin rozmarin sidikqovucu təsirə malik olduğu üçün böyrəklərə
ciddi təzyiq göstərir. Qan dövranını yüksəltdiyi üçün hipertoniya
xəstələrinə məsləhət görülmür.
6. Mixək
Bu ədviyyatı çox vaxt şirniyyatlara və balıq yeməklərinə vururlar.
Amma bir çoxları mixəyin güclü yuxugətirici xüsusiyyətə malik
olmasından xəbərsizdirlər.
7. Adaçayı
Latın dilində adaçayı sözünün tərcüməsi "sağlamlıq" deməkdir. Amma
adaçayı bitkisinin yağında monoterpin adlı toksik maddə mövcuddur.
Bu bitkidən çox istifadə etmək taxikardiya, qıcolma və
hallüsinasiyaya səbəb ola bilir.
Bəzi ətirli qida əlavələri bir-biri ilə uyğun gəlmir. Məsələn,
reyhanı yaxşı olardı ki, sarımsaqda başqa digər ədviyyatlarla
qarışdırmayasınız. Zirə isə yalnız anis, razayana və istiotla uyğun
gəlir.
Mənbə:
Medicina.az