17 mart üçün ulduz falı
17 Mart 2019-cu il. Bu gün səliqə-səhman yaratmaq çox faydalıdır


Qoç - çoxdankı planınızı reallaşdırmağınız baş tutmur. Lakin diqqətinizi cari işlərə yönəldə və onların öhdəsindən uğurla gələ biləcəksiniz. Bu gün enerjinizi dinc məcraya yönəldəcəksiniz. Bilikli insanların və təcrübəli qohumlarınızın məsləhətləri də köməyinizə çatacaq.

Buğa - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.

Əkizlər - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək olduqca çətindir. Yaşlı nəslin nümayəndələri ilə mübahisələr mümkündür. Nüfuzlu şəxslərlə münaqişələr də istisna deyil. İndi siz əminsiniz ki, onların köməyi və dəstəyi olmadan da keçinə bilərsiniz. Amma bir qədər sonra hədsiz lovğalığa görə özünüzü məzəmmət edəcəksiniz. Günün ikinci yarısında qida və dərman zəhərlənmələri mümkündür. Ehtiyatlı olun!

Xərçəng - bu gün tələsiklik tələb edən işlər alınmayacaq. O işlərlə məşğul olun ki, onları yavaş və fikrinizi bir yerə cəmləşdirərək görmək mümkün olsun. Günün birinci yarısı gəzintilər üçün əlverişlidir. Bunu tək və ya sizi ağzınızı açan kimi başa düşən yaxınınızla birlikdə də edə bilərsiniz. Axşam isə böyük məclislərə yollanmaq və əylənmək olar.

Şir - bu gün nə qədər az planlar qursanız, o qədər yaxşıdır. Beyninizə gələn gözlənilməz ideyalar çox yaxşı olacaq və dərhal onları həyata keçirməyə girişmək lazımdır. Ətrafınızdakıları qəhrəmanlıqlara ruhlandırmağa qadirsiniz. Bu imkandan məqsədinizə çatmaq üçün yararlana bilərsiniz.

Qız - çox yaxşı gündür. Hadisələr sizin gözləntilərinizə uyğun inkişaf edəcək, uğurlarınız isə nəzərdə tutduğunuzdan da böyük olacaq. Gözlənilməz görüş çox xoş olacaq. Yeni dost tapmağınız və ya sözün həqiqi mənasında vurulmağınız mümkündür.

Tərəzi - bu gün hadisələrdən daha çox əhval-ruhiyyə ilə əlamətdar olacaq. Ətrafda baş verənlərə fəlsəfi yanaşma sizə çətin vəziyyətlərdə sakitliyinizi qorumaqda köməklik edəcək.

Əqrəb - düşünülməmiş və tələsik hərəkətlər günüdür. Bəzən hansısa addımı niyə atdığınızı özünüz özünüzə də izah edə bilməyəcəksiniz. Kənardan eşitdiyiniz məsləhətlərə çox etibar etməyə dəyməz.

Oxatan - gün istədiyiniz kimi keçməyəcək. Planlar ayaqüstü dəyişəcək və şübhəli ümumi fayda naminə şəxsən sizin üçün vacib olan nədənsə imtina etməli olacaqsınız. Lakin buna görə məyusluğunuz uzun çəkməyəcək.

Oğlaq - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Odur ki, müsbət tendensiyaların təsirindən faydalanmaq olar. Əvvəllər başladığınız bir çox çətin işləri bu gün yekunlaşdıra, eləcə də, problemləri həll edə bilərsiniz. Ətrafdakılara köməklik və xeyriyyə tədbirlərin iştirak üçün münasib gündür.

Dolça - günün birinci yarısında xoşunuz gəlməyən işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Xoşbəxtlikdən bu iş o qədər çətin olmayacaq və çox vaxtınızı almayacaq. Yeni təəssüratlar həvəsi sizi düşünlməmiş addımlara doğru itələyir. Məlum olacaq ki, düşünmədən atdığınız addımlar doğru olacaq. İntuisiyanıza güvənin. O, sizi səy göstərdiyiniz yerə aparacaq.

Balıqlar - deyəsən, bütün dünya sizə qarşı səfərbər olub. İncikliklər yaranacaq, onları aradan qaldırmaq cəhdləri isə uğursuzluqla nəticələnəcək. Siz kompromislərə hazırsınız. Lakin qarşı tərəf sizdən ağılabatan hesab etdiklərinizdən daha böyük güzəştlər tələb edəcəklər. Ən ciddi fikir ayrılıqları maliyyə və mülk məsələlərinin müzakirəsi zamanı yaranacaq.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google