18 mart üçün ulduz falı
18 Mart 2019-cu il. İntuisiyanızın səsinə qulaq verin


Qoç - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana bilər.


Buğa - mənasız işləri, oyun təsiri bağışlayan əməliyytaları dərhal tərk edin. Strateji önəm daşımayan situasiyada adi fiqura çevrilməyin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla, qətiyyətlə irəliləyin. Məhdudiyyətlərə fikir verməyin.


Əkizlər - fəaliyyətinizə kənar müdaxilələrə aqressiv yox, düşünülmüş reaksiya verin. Məqsədləri dəyişmək olar. Effekti az olacaq işi dayandıraraq indiyədək öhdəsindən gələ bilmədiyiniz məsələni həll edin. Cari, rutin işlərlə məşğul olun.


Xərçəng - risk və eksperimentlər nə qədər az olarsa, işlər bir o qədər yaxşı alınacaq. Peşə fəaliyyəti müstəvisində problemlər, işdə anlaşılmazlıqlar ola bilər. Başqalarının səhvləri və yanlışlıqlarına görə narahat olacaqsınız. Rəğbət bəsləmədiyiniz insanlara görə məsuliyyəti boynunuza almaq zərurəti yaranır.


Şir - hadisələrin ritmi yavaşıyacaq. Özünüzü nigaran, narahat hiss edəcəksiniz. Sakit çalışın, proseslərə süni müdaxilə etməyin. Bədbinliyə qapılmayın - problemləri həll edə biləcəksiniz. Eyni vaxtda çox işə başlamayın. Prioritetləri yeniləmək olar.


Qız - detallara xüsusi diqqət tələb edən gündür. Retroqrad insanların dediyi ilə oturub-durmayın. Nəyisə yeniləmək, dəyişmək, sistemləşdirmək lazımdır. Fəaliyyət prosesini daha məntiqli şəkildə formalaşdırın. Maraqlı işlərə daha çox vaxt ayırın.


Tərəzi - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə sərinlik yaratmayın. Qarşılıqlı anlaşılmazlıqlar sonradan narazılıq və münaqişəyə çevrilə bilər. Təmasların ənənəvi, adət etdiyiniz modeli sizdə nigaranlıq hissi yaratmamalıdır.


Əqrəb - günün ilk yarısında hadisələrin ritmi sakit, emosional durum isə stabil deyil. Çalışdığınız yerdəki problemlər yaxınlarınızla münasibətlərinizə mənfi təsir etməməlidir. Fəaliyyətinizdə köklü yeniliklərə razılaşmayın. Əks təqdirdə sizdən güzəştlər istəniləcək, üstünlüklərinizin bir qismini təhvil verməyiniz tələb olunacaq.


Oxatan - xoş xatirələrinizin olduğu yerlərə qayıtmaq istəyəcəksiniz. Hisslərinizə əsir düşməyin. Çoxsaylı ideyalar və təklifləri tələskən qiymətləndirməyin. Aldığınız informasiyaları təhlil edin. Perspektivləriniz üçün faydalı ola biləcək məqamları bir daha nəzərdən keçirin.


Oğlaq - maddi perspektivlərinizi dürüst qiymətləndirin. Sərfəli olmayan, qeyri-effektiv işlərdən imtina edin. Çoxlu vaxt və qüvvə tələb edən, amma sonucu qənaətbəxş olmayan layihələr mənasızdır. Borcunuzu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları dərhal xərcləməyin.


Dolça - günün ilk yarısında mühüm işlərdən birini başa vura bilərsiniz. Başladığınız işlə bağlı narazılıq yeni işlərə start verməyə səbəb olmamalıdır. Yeniliklər və dəyişikliklər istəyi artacaq. Fəaliyyət müstəvisində yeni obyekt seçin. Səhvlər aşkarlanarsa, məcranı nizamlamağın yollarını seçin.


Balıqlar - önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən əlverişli gündür. Seçdiyiniz yoldan sapmayın: bu yol sizi məqsədə aparır.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია