ABŞ-ın Şimal-Qərb
Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək
xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin
inkişafı və erkən ölüm riskini artırdığını müəyyən
edib.
Bu
haqda MedicalXpress nəşrində pres-reliz dərc olunub.
Tədqiqatçılar 29 615 nəfərin iştirakı ilə keçirilmiş 6 ayrıca
araşdırmanın nəticələrini təhlil edib.
Könüllülər qəbul etdikləri qidalarla bağlı müvafiq anketi
doldurub.
Sonradan onların səhhəti 31 il ərzində nəzarətdə
olub. Məlum olub ki, gündəlik olaraq tərkibində xolesterin olan 300
milliqram qida qəbulu, ürək-damar xəstəlikləri riskini 17 faiz
artırıb, erkən ölüm ehtimalı isə 18 faiz yüksək
olub.
Bundan başqa həftədə 3-4 yumurta yeyənlərdə ürək-damara
xəstəlikləri və erkən ölüm riski 8 faiz çox olub. Alimlər
insanların bu riskləri aşağı salması üçün xolesterinlə zəngin
qidalardan, o cümlədən yumurta və qırmızı ətdən az-az istifadə
etməyi tövsiyə edir.
Mənbə: Oxu.az