Toyuq yumurtasından xərçəng əleyhinə dərman hazırlanacaq
Şotlandiyalı alimlər insan zülalı olan yumurtalar yumurtlayacaq yeni genetik modifikasiya olunmuş toyuq növü yaradıblar.

Tədqiqatçılar insan orqanizmində zülal istehsal edən gen aşkar ediblər.

Onun elementlərini cücələrin DNT-sinə implantasiya ediblər. Beləliklə, artıq cücələr böyüdükdən sonra tərkibində lazımi zülal olan yumurtalar yumurtlayacaqlar.

Artıq tərkibində insan proteini olan yumurtaların ilk partiyası əldə edilib. Bu cür zülallar virus əleyhinə və xərçəng əlieyhinə xüsusiyyətlərə malikdirlər, həmçinin, zədələnmiş toxumaların bərpa olunmasına da xidmət edirlər.

Dərmanların yumurtalardan hazırlanması onların laboratoriyada sintez edilməsindən təqribən 100 dəfə ucuz başa gələcək. Beləliklə, virus əleyhinə və xərçəng əleyhinə olan yeni dərmanlar kifayət qədər ucuz ola bilər.
Mənbə: Oxu.az
Print
თეგები: Marneulifm Marneuli