Mixeil Saakaşvili "Vahid Milli Hərəkatın" rəhbər vəzifəsini tərk edir
Mixeil Saakaşvili “Vahid Milli Hərkatın” rəhbər vəzifəsini tərk edir. Onun öz qərarını bildirdiyi video qeydi Gürücstanın üçüncü prezidenti facebook səhifəsində 18 martda səhər yerləşdirib.

Mixeil Saakaşvili deyir ki, ona ölkəyə daxil olmağa imkan vermirlər və mane olan faktor onun partiya işidir. Onun açıqlamasına görə, sonuncu prezident seçkiləri birləşmiş müxalifətin vahid namizədi Qriqol Vaşadzenin potensialını yaxşı göstərdi. Ancaq Gürücstanın üçüncü prezidenti bildirib ki, onun şəxsi simpatiyalarına baxmayaraq yeni lideri partiya ümumi səs vermə ilə seçməlidir.

“İvanişvili hər şey etdi ki, mən ölkəyə daxil olmayım. Bizim liderlərdən bəziləri həbsxanadadır. Bu yaxınlarda Davit Kirkitadzeni həbs etdilər və bu əlbəttə təşkilatın işini çətinləşdirir. Bu maneəni aşmaq üçün biz daim fəaliyyətdə olmalıyıq və elə çalışmalıyıq ki, bizim mübarizəmiz bir gün də dayanmasın. Bu vəziyyətdə mənim fikrimcə Milli Hərəkatın” sədrini seçmək vacibdir. Ona görə ki, Milli Hərəkata yerində bu bayrağı sizinlə birgə yüksəldəcək lider lazımdır. Mən düşünürəm ki, Qriqol Vaşadze prezident kampaniyanı çox gözəl keçirdi və mən şəxsən “Milli Hərəkatın“ rəhbər vəzifəsi üçün onu dəstəkləyərdim.

Siyasi Şuraya xalqı qoşmaq bizə lazımdır amma bu xalq neçə seçilməlidir, kim seçməlidir – bizim 400 min qeydiyyatdan keçmiş faəl dəstəkçimiz var. Bu insanlar, siz qərar verməlisiniz, kiminsə vasitəsi ilə, kulislərdə, kimlərinsə bir-biri ilə danışması nəticəsində deyil. Siz qərarı qəbul etməlisiniz və elektron səsvermə mexanizmləri buna imkan verir. Səsimizi İphone, aplikasiya ilə verə biləcəyik”
– Mixail Saakaşvili bildirib.

Keçmiş prezidentin bəyanatına görə, partiyanın özəyi yaxın gələcəkdə həmin aplikasiyanı yaradacaq və partiyanın hər bir üzvü, fəalı əsas qərara elekton olaraq səs verə biləcək.

Mixeil Saakaşvilinin bəyanatına görə bu üsulla onlar bütün vacib proseslərə qoşulacaqlar. Onun dediyinə görə proseslərə və idarəçiliyə dair cavabdehliyi hamı götürməlidir.

Mixail Saakaşvilinin bəyanatına görə VHM geniş müxalif birliklə yanaşı ölkənin xilası və ölkənin idarəçiliyini götürməyə hazırlaşır. Onun sözlərinə görə, bu, yeni texnologiyalardan istifadə etməklə bütün gürcü xalqının idarəçiliyi olacaq.
Print ელ. ფოსტა
FaceBook Twitter Google