Qulağın bu nöqtələrini sıxmağın faydaları sizi ŞOKA SALACAQ - Çin təbabətinin İNANILMAZ SİRRİ
Həyatda ağrıdan və yorğunluqdan çıxış yolu
yoxdur. Bu normaldır: Biz hamımız insanıq və özümüzü daim ideal
hiss edə bilmərik. Amma bədənin xarici orqanlarının özündə hansı
sağlamlıq ehtiyatını saxladığını biləndə, siz çox
təəccüblənəcəksiniz.
Bədənin enerjisinə nəzarət etmək üçün maraqlı və
qeyri-adi bir yol var - refleksologiya. Bu üsulu çinlilər minlərlə
il bundan əvvəl icad edib. Bu gün oxucuları bu elmin ən maraqlı
hissəsilə tanış etimişik. Bunun üçün sizə yalnız sıxac və öz
qulağınız lazım olacaq!
Niyə məhz qulaq?
Refleksoloq Helen Çin Lui izah edir ki, hər bir qulaq müəyyən bir
mənada bədənin tam bir xəritəsi rolunu oynayır:
"Mərkəzi sinir sisteminin daxili orqanlarla bağlı olan sinir
uclarının böyük hissəsi qulaqda bitir. Hər qulaqda bədənin konkret
üzvləri ilə bağlı olan 6 nöqtə var. Onları sıxacla tutsanız, dərhal
enerji və sağlamlığın yüksəldiyini hiss edəcəksiniz".
1. Qulaq üstü
Qulağın üstü birbaşa bel və çiyinlərə bağlıdır. Bu nöqtəyə hər gün
1 dəqiqə basaraq, bel və çiyinlərdə gərginliyi azaltmaq olar.
Xüsusilə oturaq həyat tərzi sürən insanlar üçün faydalıdır.
2. Qulağın əyilmə nöqtəsi
Qulağın bu nöqtəsi daxili orqanların hər biri ilə bir qədər
bağlıdır. Odur ki, daxili narahatlıq və ya yorğunluq hiss etsəniz,
bu yerə bir sıxac qoyub 20 saniyə gözləyin. Ağrı bir qədər
yüngülləşəcək. Lakin ağrının əsas səbəbini öyrənmək üçün həkimə
müraciət etməyi unutmayın.
3. Qulağın üst orta hissəsi
Qulağın bu hissəsi oynaqlara bağlıdır. Uzun müddət kompüterdə
oturduqdan sonra oynaqlarda yaranan ağrı və yorğunluğunu azaltmaq
üçün bu nöqtəyə basın.
4. Qulağın aşağı hissəsi
Qulağın aşağı hissəsinə təzyiq tətbiq etmək burun və boğazı
rahatlaşdırar. Əgər burun tıxanması sizi narahat edirsə, yatmazdan
əvvəl bu hissəni sıxıb saxlayın.
5. Qulaq məməsinin yuxarı hissəsi
Qulaq məməsinin yuxarı hissəsi həzm ilə əlaqələndirilir. 5-ci
nöqtəyə sıxac taxıb yarım saniyə saxlayın, bu, mədə və bağırsaq
ağrısını azaldacaq. Bu hiylədən profilaktik olaraq da istifadə edə
bilərsiniz.
6. Qulaq məməsi
Bu nöqtə ürək və başla bağlıdır. Ürək sağlamlığını qorumaq, miqren
və baş ağrısını aradan qaldırmaq üçün qulaq məməsinə basın.
Odur ki, refleksologiyanı sınaqdan keçirmədən əczaxanaya
tələsməyin. Çin təbabəti minlərlə ildir ki, insanlara kömək
edir.
Mənbə: Milli.az