Təzyiqi normada saxlamaq olduqca vacib
məsələdir.
Bu işdə tək dərman preparatları deyil, bəzi
təbii vasitələr də yardım edir.
Mütəxəssislərin müşahidələrinə görə, bəzi adi içkilərin müntəzəm
olaraq istehlakı təzyiqi normada saxlamağa kömək edir.
Bu içkiləri təqdim edirik:
- Çuğundur şirəsi
Bu şirə qan damarlarını genişləndirir və bununla da təzyiqi salmağa
kömək edir. Həmçinin çuğundur şirəsi damarları təmizləyir, daha
elastik edir. Yüksək təzyiqdən əziyyət çəkənlər hər gün 1/2-1
stəkan şirə içə bilərlər.
- Yaşıl çay
Amerika mütəxəssisləri sübut edir ki, hər gün 2 fincan yaşıl çay
içən insanlarda hipertoniyanın riski 50% azalır. Yüksək təzyiqdən
əziyyət çəkənlərə isə yaşıl çayın istehlakı dərmanın dozasını
azaltmağa kömək edir.
Ən faydalı yaşıl çay "ulun" çayı sayılır.
- Kakao
Köln Universitet klinikasının (Almaniya) alimləri araşdırma zamanı
aşkar ediblər ki, təbii kakao təzyiqi salmağa kömək edir və
həmçinin ürək tutması, infarkt və insultun riskini azaldır. Bunun
səbəbi kakaonun tərkibində olan polifenol maddələridir.
Mənbə: Milli.az