WhatsApp-da YENİ FUNKSİYALAR
WhatsApp istehsalçıları ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər.

Funksiya "yönləndirmə haqqında məlumat" adlanır.

Bu funksiya ilə istifadəçi alınan ismarıcın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.

Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq.

İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarıcları müəyyən etmək üçün əlavə ediblər.

Mənbə: Milli.az
Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google