24 mart üçün ulduz falı
24 Mart 2019-cu il. Bu gün çox məsələlər rəğbət, əlaqələr, şəxsi məqamlar hesablar həllini tapa bilər


Qoç - Haumea və Sereranın münasibətləri əhvalla planları dəyişəcək. Xatirələrə dalaraq yarımçıq qalan işi, deyilməmiş sözləri yada salmaq vaxtıdır. Qətiyyət və inadınız sədləri aşmağınıza yardım edəcək.

Buğa - Mimas və Qanimedin münasibətləri gərginliklə nigaranlıq səviyyəsini artırır. Fiziki işdə fayda var. Ətalət, tənbəllik, laqeydlikdən uzaq olun.
Bu gün alış-veriş istəyi pulun mənasız xərclənməsinə can atmaq olardı.
Əkizlər - Titaniya və Haronun münasibətləri başlanan işin bitirilməsini tələb edir. Ümumi ab-hava gərgin olacaq. Münaqişələrin başlanması üçün ani qığılcım kifayət edəcək. Yaxın ətrafınızdakı insanların reaksiyaları sərt və aqressivdir.
Xərçəng - Oberon və Lisiteyanın münasibətləri sizə baş verənlərin mahiyyətini anlamağa imkan verəcək. Hadisələrin bəziləri diqqətinizi yayındırıb mühüm işi bir kənara qoyaraq ikinci dərəcəli işə başlamağınıza səbəb ola bilər.
Şir - Yupiter və Marsın münasibətləri bu günün hadisələrində müəyyən deja-vyu effekti yaradacaq. Təxirə salınmış planlar və reallaşmamış gözləntilərlə bağlı təxirəsalmalar, gərginliklər ola bilər.
Qız - Uran və Saturnun münasibətləri indi sizin üçün təhlükə mənbəyi ola bilər. Mühüm danışıq, müzakirə və təmaslarda çox diqqətli, sayıq, emosiyaların hesabdarı olun. Maraqlarınızı təmin edin, başqalarının mənafeyi üçün perspektivlərinizi qurban verərkən humanizmi düşünülməmiş addımla səhv salmayın.
Tərəzi - Pluton və Sererarın münasibətləri hadisələri tələsdirəcək. Yaşamınızda spontan olaraq yaranan imkanlardan yararlanın. Ünsiyyət üçün sizi anlayan insanların olduğu məclisi seçin. Fikir və fəaliyyətiniz üçün yeni ideyalar seçmək olar. Yardım istəyən olarsa, rədd cavabı verməyin.
Əqrəb - Sinope və Elaranın münasibətləri bu gün emosiyaların səviyyəsini çox yüksəldəcək. Yaranan problemlərin heç də hamısını həll etmək mümkün deyil. Olayların məcrası sizdən asılı olmadığı üçün situasiya ilə barışın. Yaxın ayda baş verə biləcək hadisələrin əksəriyyətinin bünövrəsi indi qoyulur. Yeniliklərin yaşanacağını unutmayın.
Oxatan - Avropa və İonun münasibətləri bu gün işləri artıracaq. Bu gün hansı işlər təxirə sala biləcəyinizi ayırd edin, ən mühüm işlərin öhdəsindən effektiv şəkildə gəlməyə çalışın. Səhhətinizə diqqətlə yanaşın. Sinir və fiziki yorğunluğa, münaqişəli situasiyaların yaranmasına imkan verməyin.
Oğlaq - Kallisto və Umbrielin münasibətləri maraqlı hadisələr vəd edir. Yeni imkanlar cazibədardır. Maraq və gözləntiləriniz indi sizdən uzaqda olan nəsnə, obyekt ilə bağlıdır.
Dolça - Haron və Ayın münasibətləri maliyyə məsələlərinə diqqəti artırmağı, işgüzar müstəvidə aktiv olmağı istəyir. Yeni layihələrlə bağlı tələskənliyə yol verməyin. Onları təmkinlə, tələsmədən hazırlayın. İş sxemləri ilə yanaşı, mütləq qaydada münasibətlərə də fikir verin.
Balıqlar - Yupiter və Merkurinin münasibətləri emosiyalar burulğanına səbəb olacaq. Yaşam mərhələlərinə uyğun davranın.
Print
თეგები: Marneuli Marneulifm Ulduz fali