Şokoladlı keks resepti
Ailə üzvlərinizə həmçinin gələn qonaqlarınıza çayla birlikdə şokoladlı keks təqdim edə bilərsiniz.

Hazırlanma qaydası asan və dadlı olan keksin reseptini təqdim edirik:

Tərkibi:

1 paket şokolad.
1 xörək qaşığı marqarin.
3 ədəd yumurta.
1,5 su stəkanı toz şəkər.
1 paket vanil.
1 paket qabartma tozu.
1 su stəkanı duru yağ.
1 su stəkanı qatıq.
1 çay qaşığı darçın.
3 su stəkanı un.

Hazırlanması:

1)Geniş bir qabın içində yumurtalarla,şəkəri yaxşıca çırpın.
2)Ayrı bir yerdə unu,qabartma tozunu,vanil və darçını ələyib qarışdırın.
3)Daha sonra isə yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın.
4)Ən son unlu qaşığı əlavə edib qarışdırın və xəmiri yağlayıp unladığınız keks qəlibinə boşaldın.
5)Əvvəldən isidilmiş 180 dərəcəli sobada bişirin.
6)Şokolad və marqarini buxar hamamı üsulu ilə əridib qarışdırın.
7)Keks sobadan çıxdıqdan sonra şokoladı keksin üzərinə sürün.
8)Soyuduqdan sonra süfrəyə servis edin.

Print ელ. ფოსტა
FaceBook Twitter Google