25 mart üçün ulduz falı
Qoç - Triton və Arielin münasibətləri yaxın ətrafınızdakı insanlardan, yaxud da tərəfdaşlardan birini planlaşdırdığınız işi alt-üst etməyə sürükləyir. Bu gün problemi təkbaşına həll edin, kimsədən məsləhət almayın.


Buğa - Avropa və Sinopenin münasibətləri rəqibinizi fəallaşdıracaq. Ən yaxşısını əldə etmək, gəlirləri artırmaq və heç olmazsa, kreditləri ödəmyə pul tapmaq üçün fəal olun.

Əkizlər - Deymos və Elaranın münasibətləri yeni planlarla bağlı tələskənliyə yol verməməyinizi istəyir. Yaşamınızda qayda, işinizdə sahman yaratmağa çalışın.

Xərçəng - Miranda və Umbrielin münasibətləri bu gün sizdən enerji tonusunuza diqqətlə yanaşmağı tələb edir. İfrat çalışmaq və yorğunluq xroniki ağrıları kəskinləşdirməklə yanaşı, köhnə simptomları bərpa edə bilər.

Şir - Neptun və Uranın münasibətləri qeyri-adi hadisələr vəd edir. Günün ilk yarısında şərait böhran təsiri bağışlaya bilər, amma belə deyil.

Qız - Haumea və Eridanın münasibətləri münaqişələrin yaranmasını istisna etmir. Qəzalı, münaqişəli gündür. Köhnə problemlər, iddialar, karmik düyünlər gündəmə gələcək. Önəmli hadisələrin məzmununu yeni səpkidə üzə çıxaran hadisələr baş verəcək.

Tərəzi - Serera və Neptunun münasibətləri bu gün yaxın ətrafınızdakı insanlara qayğı göstərməyi, kömək göstərilməsi, maddi fəallığı tələb edir.

Əqrəb - Haron və Ayın münasibətləri bu gün baş verənlərə məsuliyyətlə yanaşmağı tələb edir. Qarşınızda parlaq perspektivlər açılacaq, amma çox ciddi problemlərlə qarşılaşa bilərsiniz. Situasiyanın mənfi və müsbət yönlərini sürətlə dəyərləndirə bilməyəcəksiniz.

Oxatan - Merkuri və Saturnun münasibətləri bacarıqlarınızın dəyərləndirilə biləcəyi günü vəd edir. Qarışıq gündür.
Məşğul olduğunuz məsələlərdə qeyri-müəyyənliyin yaranması, təhrif olunmuş məlumatın alınması istisna deyil. Yaxın ətrafınızdakı insanların sizi anlamaması, əlavə iş yaratmaları emosiyaların gərginləşməsinə, münaqişəyə səbəb ola bilər.

Oğlaq - Mars və İonun münasibətləri unikal gün vəd edir. Başlanmış işi bitirmək, münasibətlərə aydınlıq gətirmək istəyəcəksiniz. "Hər şey və ya heç nə" dediyiniz gündür.

Dolça - Andromeda və Fobosun münasibətləri maliyyə məsələlərində problemlər yarada bilər. Nigaranlıq və narahatlıq stressə çevrilməsin.

Balıqlar - Venera və Plutonun münasibətləri bu gün yaxın ətrafınızdakı insanlarla münasibətlər prizmasından yeni keyfiyyətlərinizi anlamağa kömək edəcək.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია