26 mart üçün ulduz falı
26 Mart 2019-cu il. Seçilən yeni məcrada elə bu gün uğur qazana bilərsiniz

Qoç - pis gün deyil. Ən yaxşı nəticələrə nail olmaq üçün diqqəti aktual problemlərə yönəldin. Gələcəklə bağlı fikirlərə bir qədər sonra dalarsınız. İşdə karyera pilləkəni ilə irəliləmək imkanları var. Həmkarlarla və rəhbərliklə yaxşı münasibətləri qorumaq çox mühümdür. Yaşam potensialı yüksək olmasa da, yeni təəssüratlar almağa, səyahətlərə və macəralara can atırsınız. Yaxınlarınız sizi dəstəkləyirlər.

Buğa - şəxsi həyatınızdakı uğursuzluq bu günə kölgə salacaq. Peşəkar sahədə heç bir problem yaranmayacaq. Amma maraqlı işlər də olmayacaq. Vəzifə səlahiyyətlərinizin öhdəsindən gəlirsiniz. Nə etməli ki, bu səlahiyyətlər və görülən iş maraqlı deyil.

Əkizlər - karyera və işdə inkişafı düşünənlər üçün çox yaxşı gündür. Bu gün bilik və bacarıqlarını nümayiş etdirə bilərsiniz. Rəhbərlik, şəriklər və tərəfdaşlar bunu görməlidirlər. Təcrübəniz arta bilər. Gəlirlər çox olmayacaq.

Xərçəng - sizi uğurlu gün gözləyir. Qarşınızda duran məsələlərdən heç biri mümkünsüz, heç bir sədd keçilməz deyil. Təkbaşına və tənha fəaliyyət göstərməməyə çalışın. İşdə marağı olan adamları yardıma dəvət edin. İşinizin nəticəsinə görə ödəniş gecikərsə, qərar verməyə tələsməyin.

Şir - peşəkar baxımdan çox uğurlu gündür. Ezamiyyətə yollanan və ya sifarişi yerinə yetirmək üçün ofisdən çıxanları daha önəmli irəliləyişlər gözləyir. İşdə vəzifənin və ya maaşın artmasını gözləyənlər bununla bağlı rəhbərliklə danışmalıdır. Bu gün çox nəsnələrə nail ola bilərsiniz.

Qız - qarşınızda yeni imkanlar açılır. Düşünmədən onlardan yararlanın. Həmkarlarınız və rəhbərlik işgüzar keyfiyyətlərinizi yüksək dəyərləndirəcək. Müstəqil işləmək fikrinə düşənlər xeyli faydalı məlumatlar əldə edilər.
Gəlir istisna deyil. Sevdiyiniz insanla münasibətləri möhkəmlətmək, laqeyd olmadığınız insanın etibarını qazanmaq olar. Lakin münaqişələr də istisna deyil.

Tərəzi - yalnız işdəki uğurlarına önəm verməyərək dostlar və tanışlarla görüşə də vaxt tapan insanlar üçün xoş təəssüratlar vəd edən yaxşı gündür. İş həyatı və şəxsi yaşam sıx bağlanacaq. Potensial tərəfdaşlar və ya həmkarlarınızı əylənməyə yollandığınız yerdə görsəniz, təəccüblənməyin.
İşdə də sizi peşəkar fəaliyyətlə bağlı olmayan sürprizlər gözləyir.

Əqrəb - insanlarla dil taparaq uğur əldə etməyə, tanış olmayan situasiyaya dərhal alışmağa çalışın. Darıxdırıcı, rutin, maraqsız işlərlə özünüzü yükləməyin.
Yaradıcı münasibət və çevik davranış sərgiləyən insan olun. Orijinal fikirlər və problemlərin sürətli həlli ilə fərqlənin.

Oxatan - dostların yanında vaxt keçirmək imkanı var. Lakin görülməsi gərəkən işlərin hamısını başa vurmalı və tələsməli olacaqsınız. İşdə peşə səlahiyyətlərinin icrası xüsusi qüvvə və güc tələb etməyəcək. Sadəcə, həmkarlarınızın və ya rəqiblərin nə işlə məşğul olduğuna diqqətlə fikir verin, yaxşı təcrübəni təkrarlayın.

Oğlaq - rahat, sakit, xoş bir gündür. Bəzi dəyişikliklər ola bilər, amma ciddi təlaşa və ya narahatlığa səbəb yoxdur. Qeyri-rəsmi lider, problemin həlli üçün başçı olmalısınız. Yola düşmək, davranışı və özü şübhəli adamlarla ünsiyyət məcburiyyəti yarana bilər.

Dolça - qənaətli və soyuqqanlı olun, alış-verişdə pulu səpələyib sovurmayın. Bədxərclik və maliyyə imkanlarının düzgün dəyərləndirilməməsi çoxdan reallaşdırmaq istədiyiniz planı təxirə sala bilər. Ciddi təzyiqlərə, kənar təsirlərə, dedi-qodu və ya şayiələrin əhvalınızı pozmasına imkan verməyin

Balıqlar - yaxşı gün deyil. Sönük, boz, darıxdırıcı bir dönəm. Yaxın ətrafınızdakı insanlarla çətinliklə dil tapırsınız. Dəyərlərin yenidən qiymətləndirilməsi başlayır. Əvvəllər çox maraqlandığınız nəsnələrə marağınız itir. Qüvvə və enerjinizin tətbiqi üçün yeni sahə tapın.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google