26 mart üçün ulduz falı
09:22 / 26.03.2019
26 Mart 2019-cu il. Seçilən yeni məcrada elə bu gün uğur qazana
bilərsiniz
Qoç
- pis gün deyil. Ən yaxşı nəticələrə nail olmaq üçün diqqəti aktual
problemlərə yönəldin. Gələcəklə bağlı fikirlərə bir qədər sonra
dalarsınız. İşdə karyera pilləkəni ilə irəliləmək imkanları var.
Həmkarlarla və rəhbərliklə yaxşı münasibətləri qorumaq çox
mühümdür. Yaşam potensialı yüksək olmasa da, yeni təəssüratlar
almağa, səyahətlərə və macəralara can atırsınız. Yaxınlarınız sizi
dəstəkləyirlər.
Buğa - şəxsi həyatınızdakı uğursuzluq bu günə kölgə salacaq.
Peşəkar sahədə heç bir problem yaranmayacaq. Amma maraqlı işlər də
olmayacaq. Vəzifə səlahiyyətlərinizin öhdəsindən gəlirsiniz. Nə
etməli ki, bu səlahiyyətlər və görülən iş maraqlı deyil.
Əkizlər - karyera və işdə inkişafı düşünənlər üçün çox yaxşı
gündür. Bu gün bilik və bacarıqlarını nümayiş etdirə bilərsiniz.
Rəhbərlik, şəriklər və tərəfdaşlar bunu görməlidirlər. Təcrübəniz
arta bilər. Gəlirlər çox olmayacaq.
Xərçəng - sizi uğurlu gün gözləyir. Qarşınızda duran məsələlərdən
heç biri mümkünsüz, heç bir sədd keçilməz deyil. Təkbaşına və tənha
fəaliyyət göstərməməyə çalışın. İşdə marağı olan adamları yardıma
dəvət edin. İşinizin nəticəsinə görə ödəniş gecikərsə, qərar
verməyə tələsməyin.
Şir - peşəkar baxımdan çox uğurlu gündür. Ezamiyyətə yollanan və ya
sifarişi yerinə yetirmək üçün ofisdən çıxanları daha önəmli
irəliləyişlər gözləyir. İşdə vəzifənin və ya maaşın artmasını
gözləyənlər bununla bağlı rəhbərliklə danışmalıdır. Bu gün çox
nəsnələrə nail ola bilərsiniz.
Qız - qarşınızda yeni imkanlar açılır. Düşünmədən onlardan
yararlanın. Həmkarlarınız və rəhbərlik işgüzar keyfiyyətlərinizi
yüksək dəyərləndirəcək. Müstəqil işləmək fikrinə düşənlər xeyli
faydalı məlumatlar əldə edilər.
Gəlir istisna deyil. Sevdiyiniz insanla münasibətləri möhkəmlətmək,
laqeyd olmadığınız insanın etibarını qazanmaq olar. Lakin
münaqişələr də istisna deyil.
Tərəzi - yalnız işdəki uğurlarına önəm verməyərək dostlar və
tanışlarla görüşə də vaxt tapan insanlar üçün xoş təəssüratlar vəd
edən yaxşı gündür. İş həyatı və şəxsi yaşam sıx bağlanacaq.
Potensial tərəfdaşlar və ya həmkarlarınızı əylənməyə yollandığınız
yerdə görsəniz, təəccüblənməyin.
İşdə də sizi peşəkar fəaliyyətlə bağlı olmayan sürprizlər
gözləyir.
Əqrəb - insanlarla dil taparaq uğur əldə etməyə, tanış olmayan
situasiyaya dərhal alışmağa çalışın. Darıxdırıcı, rutin, maraqsız
işlərlə özünüzü yükləməyin.
Yaradıcı münasibət və çevik davranış sərgiləyən insan olun.
Orijinal fikirlər və problemlərin sürətli həlli ilə fərqlənin.
Oxatan - dostların yanında vaxt keçirmək imkanı var. Lakin
görülməsi gərəkən işlərin hamısını başa vurmalı və tələsməli
olacaqsınız. İşdə peşə səlahiyyətlərinin icrası xüsusi qüvvə və güc
tələb etməyəcək. Sadəcə, həmkarlarınızın və ya rəqiblərin nə işlə
məşğul olduğuna diqqətlə fikir verin, yaxşı təcrübəni
təkrarlayın.
Oğlaq - rahat, sakit, xoş bir gündür. Bəzi dəyişikliklər ola bilər,
amma ciddi təlaşa və ya narahatlığa səbəb yoxdur. Qeyri-rəsmi
lider, problemin həlli üçün başçı olmalısınız. Yola düşmək,
davranışı və özü şübhəli adamlarla ünsiyyət məcburiyyəti yarana
bilər.
Dolça - qənaətli və soyuqqanlı olun, alış-verişdə pulu səpələyib
sovurmayın. Bədxərclik və maliyyə imkanlarının düzgün
dəyərləndirilməməsi çoxdan reallaşdırmaq istədiyiniz planı təxirə
sala bilər. Ciddi təzyiqlərə, kənar təsirlərə, dedi-qodu və ya
şayiələrin əhvalınızı pozmasına imkan verməyin
Balıqlar - yaxşı gün deyil. Sönük, boz, darıxdırıcı bir dönəm.
Yaxın ətrafınızdakı insanlarla çətinliklə dil tapırsınız.
Dəyərlərin yenidən qiymətləndirilməsi başlayır. Əvvəllər çox
maraqlandığınız nəsnələrə marağınız itir. Qüvvə və enerjinizin
tətbiqi üçün yeni sahə tapın.