27 mart üçün ulduz falı
27 Mart 2019-cu il. Texniki problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.

Qoç - bu yaxınlarda başladığınız işi uğurla başa vurmaq üçün var qüvvənizlə çalışın. Yorulmağınız istisna deyil. Lakin ruhdan düşməyin, ətalətə qapılmayın, süst olmayın.
Mühüm işi yarımçıq qoysanız, narazılıq və natamamlıq hissləri sizi uzun müddət təqib edəcək.
Günün ikinci yarısında əhvalınızda müsbət dəyişikliklər olacaq. Hadisələrə daha nikbin baxacaqsınız.

Buğa - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın.
Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.
Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək.

Əkizlər - tez və dərhal qazanc götürməyə, mənfəət əldə etməyə çalışmayın. Belə olarsa, bel bağladığınız gəlirdən ən son anda məhrum ola bilərsiniz.
Yol verdiyiniz səhvləri sıralamayın, yanlış davranmayın, tələsik və emosional qərarlar verməyin. Borc almaq və ya sərt qənaət rejiminə keçmək istəmirsinizsə, emosional olmayın, soyuqqanlı çalışın və deyilənlərə diqqətlə qulaq asın. Hər məsləhətə uymayın.

Xərçəng - mütləq şəkildə niyyətinizə çataraq planınızı reallaşdırmağa çalışın. Cəsur, məqsədyönlü, ağıllı və məntiqli olun. Aktiv çalışın, irəliləyin, yerinizdə saymayın, süst və ətalətli olmayın. İş başa çatandan sonra bir qədər dincəlmək, gərginlikdən qurtulmaq, istirahət etmək olar. Sakit, aram yaşam aramayın. Ciddi problemləri həll etməsəniz, nigaranlıq, qıcıq, uğursuzluğa düçar olacaqsınız.

Şir - gün ərzində emosional məzmunlu addımlar ataraq düşünülməmiş qərarlar qəbul etməyin. Günün iknci yarısında diplomatik davranın, özünütənqidi unutmayın.
Yaşlılara sayğı ilə yanaşın. Yaxın ətrafınızdakı insanlara gözəl estetik zövqünüzün olduğunu göstərin.
Xoşlanmadığınız insanın diqqəti, hətta "hədiyyə" vermək cəhdi ilə üzləşə bilərsiniz.

Qız - nəyin bahasına olursa olsun, başlanmış işi başa vurun. Gərgin və emosional şəraitdə riskli addımlar ataraq müstəqil qərarlar qəbul edin.
İncikliyə vaxt sərf etməyin, əks təqdirdə işlər xoşagəlməz məcraya yönələcək. Günün ikinci yarısında dost ünsiyyəti, maraqlı xəbərlər, yeni yaradıcılıq ideyaları sizi stressdən qurtaracaq.

Tərəzi - məqsədə yalnız maneələri dəf etməklə çatmaq mümkündür. Aktiv olun, planların həyata keçirilməsi prosesində əsla geri çəkilməyin, kimsəyə güzəştə getməyin, qətiyyətli və iradəli davranın. Yalnız bu minvalla peşəkarlığınızı sübut edərək mübahisədə qalib gələ bilərsiniz. İşdə həmkarınızın qeyri-adekvat davranışı və rəhbərin qəzəbi ilə qarşılaşacaqsınız.

Əqrəb - yaranan şərtlər situasiyanı formalaşdırır. Rahat və harmonik yaşama nə qədər can atsanız da, şərtlərlə barışmaq məcburiyyətindəsiniz.
Gərgin iş qrafikində çalışmağa hazır olun. Münaqişəni çözün, tapşırığı və sifarişi yerinə yetirin, başlanmış işləri başa vurun.

Oxatan - mövqelərinizi qorumaq və irəliləyişə nail olmaq üçün hisslərinizə nəzarət edin. Qorxu, qəzəb, qısqanclığın öhdəsindən gəlin. Belə hisslər uğur şanslarınızı azalda bilər. Günün ikinci yarısında intellektual imkanlarınızı, yumor hissinizi nümayiş etdirmək, yeni ideya və xəbərləri bölüşmək, bacarıqlarınızdan başqasının bəhrələnməsinə imkan yaratmaq şansları olacaq.

Oğlaq - bədxahın avantürasına, rəqibin yaramazlığına, işlərin çətinləşməsinə hazırlaşın. Seçim imkanlarınız çox məhduddur, çünki baş verənlərin təşəbbüskarları başqalarıdır. Qalmaqallara qatılmayın və münaqişələrdən uzaq durun. Yalnız maraqlarınıza təhlükə olarsa, mənafeləriniz zərbə altında qalarsa və ya hüquqlarınız tapdalanarsa, irəli atılın.

Dolça - günün ilk yarısından etibarən qətiyyətlə irəliləyin, əzmli və inadkar olun. Sizdən asılı nə varsa, yerinə yetirin. Sükan arxasında, yolda, ictimai nəqliyyatda ehtiyatlı olun. Texniki problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.

Balıqlar - gün ərzində hissləriniz sınağa çəkiləcək. Hətta ən sakit adam olsanız belə, qıcıqlana və hirslənə bilərsiniz.
Şəxsi münasibətlərlə yanaşı, işgüzar, maliyyə, peşəkar sahələrdə münaqişələr istisna deyil.

Print
თეგები: Ulduz fali Marneulifm Marneuli