Heç
fikir vermisizmi, ay ərzində nə qədər çox yumurta qabığı
atırsız.
Onları zibilliyə atmaq bəlkə də insanların ən böyük səhvlərindən
biridir. Halbuki dədə-nənələrimiz onları yığar, qurudar, üyüdər,
istifadə edərdilər.
Onlardan bitki və ev heyvanları üçün kalsium əlavəsi, həmçinin
özləri üçün müalicə məqsədləri üçün istifadə edərdilər.
Bundan sonra istər çiy, istər bişmiş yumurta qabıqlarını
atmamağınız üçün 5 səbəbi təqdim edirik.
1.Bu xəstəlikləri sağalda bilərsiz
Kariyes, osteoporoz - sümük əriməsi, sümük zəifləməsi, onurğa
problemləri, damaq qanaxması, əsəb-sinir, allergiya. Hətta astma
tutmaları olan xəstəyə də yumurta qabığı faydalıdır. Eləcə də 12
barmaq bağırsağın xorasında yumurta qabıqları üyüdülmüşü müalicəvi
təsir edir. Kimin ishalı varsa, bu vasitəni qəbul etsin.
2.Kalsium çatışmazlığında
Yumurta qabığı təbii kalsium mənbəyidir. Yalnız yumurta qabığında
olan kalsium orqanizm tərəfindən tam mənimsənilir. Çünki yumurta
qabığının tərkibi insan sümük və dişlərinin tərkibi ilə eynidir.
Belə ki, sümük əriməsi olan, kalsium çatışmazlığı olan qadınlara,
uşaqlara, eləcə də hamiləlikdən oncə qadınlara elə yumurta qabığı
üyüdülmüşü ilə kalsium ehtiyatını artırmaq tövsiyyə olunur.
3 yaşa kimi
uşaqların sümük sistemi formalaşdığı üçün təbii kalsium mənbəyi
kimi onlara da bu vasitəni vermək olar. Yumurta qabığı raxit,
anemiya, diatez zamanı da effektivdir.
3.Orqanizmi radioaktiv maddələrdən təmizləyir
Zamanla ətraf mühitdən bədənimizə radionuklidlər toplanır.
Orqanizmdən çıxarılmasa, çox böyük fəsadları olur. Bu məqsədlə də
yumurta qabığı tozu bir neçə həftə çay qaşığının ucunda qəbul
olunmalıdır.
4.Dırnaq, diş və saçları möhkəmləndirir
Əgər saçlarınız, dırnaqlarınızın sağlam, möhkəm olmasını
istəyirsizsə, həftədə 2 dəfə yumurta qabığı tozunu çay qaşığının
3/1 i miqdarda qəbul edin.
5.Çaydan və termosları təmizləyin
Ərpdən təmizləmək üçün qabın içinə yumurta qabığı tozu səpin,
yarıya kimi su alıb yaxşıca çalxalayın və səhərə kimi qalsın.
Səhəri çaydan tərtəmiz olacaq. Bu üsulla soba və tavaları da
təmizləyə bilərsiz.