“WhatsApp” - da yenilik “FEYK” mesajlarla mübarizəni gücləndirir
“WhatsApp” messencerinin “Android” platforması
üçün yeni versiyasında tətbiq edilmiş neyron şəbəkəsi tez-tez
göndərilən mesajları izləyir və onları təhlil edir. Məlum olduğu
kimi şirkət “feyk” mesajlarla mübarizəni gücləndirməyi
planlaşdırır.
Süni intellekt 5 və daha çox paylaşılmış mesajları tez-tez
göndərilən mesajlar kimi qeydə alır.
Şirkətin nümayəndələri bildiriblər ki, neyron şəbəkəsi hələ ki
sınaqdan keçirilir. Sınağın nəticələrinə əsasən, neyron şəbəkəsinin
messencerin bütün versiyalarına tətbiq edilməsinin məqsədəuyğunluğu
haqqında qərar qəbul ediləcək.
Mənbə: ICTnews