Qoç
- əyləncə və istirahət zamanı deyil. Səhər saatlarından etibarən
vaxtınızı işə sərf edin.
Ay və Tefeyanın münasibətləri sizdən müstəqil, təkbaşına iş tələb
edir. Bu gün real olaraq faydalı iş görün, nəticəni səbatlı edin.
Belədə gün sizdə razılıq hissi yaradacaq.
Buğa
- Fobos və Deymos bu gün sizdən ifrat tənqidə varmamağı tələb
edlir. Hətta dəyişikliklərə ciddi ehtiyac duyulduğu görünsə də,
soyuqqanlı olun. İşdə həmkarlarınız, evdə isə yaxınlarınızın
qəlbini sındırmadan situasiyaya təsir imkanlarını arayın.
Müdriklik, praktik davranış sizə zamandan maraqlarınızın təminatı
üçün yararlanmağa imkan verəcək.
Əkizlər - yaxın ətrafınız sizdən yeni öhdəliklərin yerinə
yetirlməsini istəyə bilər. Səlahiyyətlərinizin bir qismini
istəyəcəklər, sizdən əsla sevmədiyiniz rolda olmağınızı xahiş
edəcəklər.
Yaranmış müşkülləri həll edin, müxtəlif işlərin sonuclarını
birləşdirin. İşlərin uğurla davam etməsi üçün detalları
dəqiqləşdirin.
Xərçəng - bu gün ön planda iş və yalnız iş norlmalıdır. Əsas
diqqəti detallara, təfərrüatlara, xırdalıqlara ayırın. Alınan
informasiyanı sistemləşdirin.
Pəhriz, orqanizmdəki problemlərin aradan qaldırılması, emosiyaların
sakitləşdirlməsi üçün əlverişli gündür.
Şir - əməkdaşlığı dəyərli saydığıınız insanlara qarşı bu gün tələb
və iddiaların sayını artırmayın. Problemlərin işdəki
çatışmazlıqları aşkarladıqları müstəvilərdəki qərarlar radikal ola
bilər.
Sinope və Oberonun münasibətləri bu gün nəyinsə dağılacağını,
çökəcəyini, sıradan çıxacağını göstərir.
Qız - bu günün təmayüllərini hiss edin, hər şeyin qaydasında
olduğunu yoxlayın. Vədlərinizi yerinə yetirin, çünki sizinlə bağlı
gözləntilər var.
Yaxınlarınız, dəyər verdiyiniz insanlar və sevgilinizlə
münasibətlərdə güzəştə getməyi bacarın.
Tərəzi - Amalteya və Haron bu gün sizdən özünüzə qarşı tələbkarlığı
azaltmağı, yaxın ətrafınızdakı insanlarla münasibətlərdə daha
soyuqqanlı və həlim olmağı tələb edir.
Görməli olduğunuz işlərin siyahısı böyüyə bilər. Ona görə də
işlərin bir qismini həmkarlarınız və ya ailə üzvləriniz arasında
bölüşdürün.
Əqrəb - günün şərtləri və yaşanan hadisələrlə barışın, bəzi
məqamlara sərt etiraz etməyin.
Uğursuzluq zolağının davam etməsindən narahat olmayın. Hansısa
nəsnələri əldə etmək üçün bəzi məqamlardan imtina etmək
gərəkdir.
Oxatan - bu gün münaqişə və mübahisələrdə iştirak etməyin, kiminsə
tərəfini tutub aqressiv davranmayın. Tefeya və Umbrielin arasındakı
münasibətlər sizdən təmkinli davranmağı, mühüm işi və ya layihəni
sakit planlaşdırmağı tələb edir.
Emosiyalarınızı şəxsi münasibətlərin təhlükəsizliyi çərçivəsində
saxlayın. İşdə həmkarlarınızı, tərəfdaşlarınızı, şərikinizi və ya
tanışlarınızı sərt tənqid etməyin, tələsdirməyin.
Oğlaq - Günəş, Pluton və Saturn arasındakı münasibətlər bu gün
qətiyyətinizi bir qədər azalda bilər. Müvazinətin, onsuz da, zəif
olduğu situasiyalarda kiməsə təzyiq göstərmək fikrinə düşməyin.
Şərtləri sağlam məcraya yönəldin.
Dolça - tam qüvvə və səy ilə çalışın, günün tələblərini qulaqardına
vurmayın.
Kiminsə sizə öz iradəsini təlqin etməyə cəhd göstərməsini
istəmirsinizsə, büstübün məşğul ola biləcəyiniz iş tapın. Gərgin
işlə məşğul olsanız, kimsə sizi əməlinizdən yayındıra bilməz.
Balıqlar - yerinə yetirmədiyiniz vədləri bu gün sizə xatırladaraq
əlavə iş və yük yarada bilərlər. Heç bir motivi olmayan depressiya
istisna deyil. Ay və İonun münasibətləri sizdən narazılığı, ruh
düşkünlüyünü işlə yatırmağı tələb edir.