28 mart üçün ulduz falı
Qoç - əyləncə və istirahət zamanı deyil. Səhər saatlarından etibarən vaxtınızı işə sərf edin.
Ay və Tefeyanın münasibətləri sizdən müstəqil, təkbaşına iş tələb edir. Bu gün real olaraq faydalı iş görün, nəticəni səbatlı edin. Belədə gün sizdə razılıq hissi yaradacaq.


Buğa - Fobos və Deymos bu gün sizdən ifrat tənqidə varmamağı tələb edlir. Hətta dəyişikliklərə ciddi ehtiyac duyulduğu görünsə də, soyuqqanlı olun. İşdə həmkarlarınız, evdə isə yaxınlarınızın qəlbini sındırmadan situasiyaya təsir imkanlarını arayın.
Müdriklik, praktik davranış sizə zamandan maraqlarınızın təminatı üçün yararlanmağa imkan verəcək.

Əkizlər - yaxın ətrafınız sizdən yeni öhdəliklərin yerinə yetirlməsini istəyə bilər. Səlahiyyətlərinizin bir qismini istəyəcəklər, sizdən əsla sevmədiyiniz rolda olmağınızı xahiş edəcəklər.
Yaranmış müşkülləri həll edin, müxtəlif işlərin sonuclarını birləşdirin. İşlərin uğurla davam etməsi üçün detalları dəqiqləşdirin.

Xərçəng - bu gün ön planda iş və yalnız iş norlmalıdır. Əsas diqqəti detallara, təfərrüatlara, xırdalıqlara ayırın. Alınan informasiyanı sistemləşdirin.
Pəhriz, orqanizmdəki problemlərin aradan qaldırılması, emosiyaların sakitləşdirlməsi üçün əlverişli gündür.

Şir - əməkdaşlığı dəyərli saydığıınız insanlara qarşı bu gün tələb və iddiaların sayını artırmayın. Problemlərin işdəki çatışmazlıqları aşkarladıqları müstəvilərdəki qərarlar radikal ola bilər.
Sinope və Oberonun münasibətləri bu gün nəyinsə dağılacağını, çökəcəyini, sıradan çıxacağını göstərir.

Qız - bu günün təmayüllərini hiss edin, hər şeyin qaydasında olduğunu yoxlayın. Vədlərinizi yerinə yetirin, çünki sizinlə bağlı gözləntilər var.
Yaxınlarınız, dəyər verdiyiniz insanlar və sevgilinizlə münasibətlərdə güzəştə getməyi bacarın.

Tərəzi - Amalteya və Haron bu gün sizdən özünüzə qarşı tələbkarlığı azaltmağı, yaxın ətrafınızdakı insanlarla münasibətlərdə daha soyuqqanlı və həlim olmağı tələb edir.
Görməli olduğunuz işlərin siyahısı böyüyə bilər. Ona görə də işlərin bir qismini həmkarlarınız və ya ailə üzvləriniz arasında bölüşdürün.

Əqrəb - günün şərtləri və yaşanan hadisələrlə barışın, bəzi məqamlara sərt etiraz etməyin.
Uğursuzluq zolağının davam etməsindən narahat olmayın. Hansısa nəsnələri əldə etmək üçün bəzi məqamlardan imtina etmək gərəkdir.

Oxatan - bu gün münaqişə və mübahisələrdə iştirak etməyin, kiminsə tərəfini tutub aqressiv davranmayın. Tefeya və Umbrielin arasındakı münasibətlər sizdən təmkinli davranmağı, mühüm işi və ya layihəni sakit planlaşdırmağı tələb edir.
Emosiyalarınızı şəxsi münasibətlərin təhlükəsizliyi çərçivəsində saxlayın. İşdə həmkarlarınızı, tərəfdaşlarınızı, şərikinizi və ya tanışlarınızı sərt tənqid etməyin, tələsdirməyin.

Oğlaq - Günəş, Pluton və Saturn arasındakı münasibətlər bu gün qətiyyətinizi bir qədər azalda bilər. Müvazinətin, onsuz da, zəif olduğu situasiyalarda kiməsə təzyiq göstərmək fikrinə düşməyin.
Şərtləri sağlam məcraya yönəldin.

Dolça - tam qüvvə və səy ilə çalışın, günün tələblərini qulaqardına vurmayın.
Kiminsə sizə öz iradəsini təlqin etməyə cəhd göstərməsini istəmirsinizsə, büstübün məşğul ola biləcəyiniz iş tapın. Gərgin işlə məşğul olsanız, kimsə sizi əməlinizdən yayındıra bilməz.

Balıqlar - yerinə yetirmədiyiniz vədləri bu gün sizə xatırladaraq əlavə iş və yük yarada bilərlər. Heç bir motivi olmayan depressiya istisna deyil. Ay və İonun münasibətləri sizdən narazılığı, ruh düşkünlüyünü işlə yatırmağı tələb edir.

Print
თეგები: Ulduz fali Marneulifm Marneuli