Baş ağrısından qurtulmaq üçün neçə dərman
sınamısınız? Bəs ovuclarınızın işə yaradığını
bilirsinizmi?
Baş ağrısından qurtulmağın əsas sirri
ovuclarınızda gizlənib. Bu üsul qeyri-adi olduğuna görə ilk dəfədən
inanmaya bilərsiniz.
Əslində şüur istəsə bütün xəstəliklərdən sağalmaq
mümkündür. Haqqında danışacağımız müalicə isə qədim Tibet, yoqa
üsuludur.
Bioenerjinizlə müalicə üsuluna başlamadan öncə
diqqətinizi ovuclarınızın dərisinə yönəldin. Sonra əllərinizi
bir-birinə sürtün. Yavaş-yavaş əllərinizi açıb yaxın məsafədə
tutun. Sanki tutduğunuz dairənin düşməyindən qorxursunuz.
Enerji ilə dolu ovuclarınızı alnınıza qoyun.
Sonra bir ovcunuzu başınızın arxasına, digərini alnınıza sıxın.
5-10 dəqiqə ərzində bu pozada qalın.
Bu üsul ilk dəqiqələrdə təsirini göstərməsə
də, bir müddət sonra ağrılarınız yox olacaq.
Mənbə: Publika.az