29 mart
2019-cu il. Cəmiyyətdə baş verən proseslər, siyasi
xarakterli hadisələr həyatınıza güclü təsir
göstərir
Qoç - Çətinliklər sizi qorxutmur, istənilən
problemi həll etmək gücündəsiniz. Əgər hadisələrin inkişafı
gözləmədiyiniz bir məcra ilə axırsa, özünüzü itirmirsiniz. Demək
olmaz ki, işdə başgicəlləndirici uğurlar qazanacaqsınız, ancaq
şərait elə də pis deyil. Şəxsi həyatınız, dostlarınız və
sevgilinizlə ünsiyyət üçün vaxtınız qalır.
Buğa - Qeyri-adi hərəkətləriniz, orijinal
ideyalarınız hər kəsi heyrətləndirəcək. Bu gün baş verənlər adi
hadisələr deyil, bu səbəbdən sizin davranışınız da adi olmayacaq.
Güclü emosiyalar, yeni təəssüratlar, hadisələr uzun müddət
yaddaşınızdan silinməyəcək. Pul ala bilərsiniz.
Əkizlər - Əməkdaşlığa başlamaq üçün əla gündür.
Yeni insanlarla tanış ola bilərsiniz. Başqalarının gücünün
yetmədiyi işləri qətiyyət və cəsarətlə öz üzərinizə götürür və əla
nəticələr qazanırsınız. Əgər eyni zamanda həm səliqəli, həm də
detallara qarşı diqqətli olsanız, nəticə möhtəşəm olacaq.
Xərçəng - Gün gözəl və məhsuldar keçərkən bir
sıra gözlənilməz hadisələr baş verir. Heç nəyi diqqətsiz qoymaq
olmaz. Odur ki, müşahidə qabiliyyətinizi itiləyin, xırdalıqları
qaçırmayın. Aldığınız qərarları, fikirlərinizi açıqlamağa
tələsməyin. Planları müzakirə etmək vaxtı hələ yetişməyib.
Şir - İşdə uğurlar qazana bilərsiniz. Çoxdankı
məqsədlərinizə çata bilərsiniz. İstədiyinizi almaq üçün istənilən
maneəni aşmağa, zəhmət çəkməyə hazırsınız. Tərəfdaşlarınız
qələbələrinizlə qürur duyurlar və bunun sevincini paylaşmağa
hazırdırlar. Azacıq maliyyə itkiləri mümkündür.
Qız - Parlaq, yaddaqalan gündür. Sevinmək üçün
asanlıqla bəhanə tapırsınız. Odur ki, pozitiv emosiyaların
qıtlığından şikayətlənməyəcəksiniz. Ancaq narahatlığınız da az
olmayacaq - istənilən xırdalığı ürəyinizə salmağa meyllisiniz.
Təmkininizi qoruyun, bunu bacaracaqsınız.
Tərəzi - Dünyanızı dəyişdirmək üçün gücünüz
yetər. Əsas odur ki, hərəkət istiqamətinizi düzgün seçəsiniz. Eyni
zamanda bir neçə iş görməklə heç nəyə nail ola bilməyəcəksiniz,
yaxşı olar ki, doğrudan da vacib hesab etdiyiniz bir işlə məşğul
olasınız.
Əqrəb - Zərif cinsin nümayəndələri ilə ünsiyyət,
sırf "qadın tədbirləri"nə qatılmaq üçün münasib gündür. Üstəlik,
nüfuzlu adamlarla işgüzar danışıqlar aparmaq və vacib məsələləri
müzakirə etmək olar. Cazibəniz istədiyinizə çatmağa imkan
yaradır.
Oxatan - Möhtəşəm hadisələr gözləməyin. Əvvəlcə
başladığınız işi sakitcə sona yetirə bilərsiniz. Düşmənlərinizin
işinizə qarışacağından, yaxud şəraitin istəmədiyiniz axarda
dəyişəcəyindən qorxmayın. Çox pul xərcləməyin, yaxınlarda vacib bir
iş üçün çox lazımınız olacaq.
Oğlaq - Cəmiyyətdə baş verən proseslər, siyasi
xarakterli hadisələr həyatınıza güclü təsir göstərir. Fəlsəfi və
sosial suallar fikrinizi məşğul edir, şəxsi işləriniz ikinci plana
keçir. Xoşbəxtlikdən, bu, ciddi itkilərə yol açmır.
Dolça - Ünsiyyət bacarığı, çox müxtəlif
xasiyyətli insanlarla dil tapmaq məharətiniz köməyinizə gələcək.
Planlaşdırılmamış görüşlər qarşınızda yeni perspektivlər açacaq.
İdeyalarınızı gerçəkləşdirmək, möhtəşəm bir nəticə ortaya qoymaq
şanslarınızı qaçırmırsınız. Uğurlarınız çox böyük ola bilər.
Balıqlar -
Cazibəniz, gözəl zövqünüz, xoş rəftarınız diqqətdən kənarda
qalmayacaq. Təsadüfi tanışınız, iş ortaqlarınız, yaxud da
rəhbəriniz olacaq bir şəxslə - kiminlə olur-olsun - görüşünüz super
keçəcək, hamıda əla təəssüratlar yaradacaqsınız. Sərfəli sövdələr
bağlaya bilərsiniz.