29 mart üçün ulduz falı
29 mart 2019-cu il. Cəmiyyətdə baş verən proseslər, siyasi xarakterli hadisələr həyatınıza güclü təsir göstərir


Qoç - Çətinliklər sizi qorxutmur, istənilən problemi həll etmək gücündəsiniz. Əgər hadisələrin inkişafı gözləmədiyiniz bir məcra ilə axırsa, özünüzü itirmirsiniz. Demək olmaz ki, işdə başgicəlləndirici uğurlar qazanacaqsınız, ancaq şərait elə də pis deyil. Şəxsi həyatınız, dostlarınız və sevgilinizlə ünsiyyət üçün vaxtınız qalır.

Buğa - Qeyri-adi hərəkətləriniz, orijinal ideyalarınız hər kəsi heyrətləndirəcək. Bu gün baş verənlər adi hadisələr deyil, bu səbəbdən sizin davranışınız da adi olmayacaq. Güclü emosiyalar, yeni təəssüratlar, hadisələr uzun müddət yaddaşınızdan silinməyəcək. Pul ala bilərsiniz.

Əkizlər - Əməkdaşlığa başlamaq üçün əla gündür. Yeni insanlarla tanış ola bilərsiniz. Başqalarının gücünün yetmədiyi işləri qətiyyət və cəsarətlə öz üzərinizə götürür və əla nəticələr qazanırsınız. Əgər eyni zamanda həm səliqəli, həm də detallara qarşı diqqətli olsanız, nəticə möhtəşəm olacaq.

Xərçəng - Gün gözəl və məhsuldar keçərkən bir sıra gözlənilməz hadisələr baş verir. Heç nəyi diqqətsiz qoymaq olmaz. Odur ki, müşahidə qabiliyyətinizi itiləyin, xırdalıqları qaçırmayın. Aldığınız qərarları, fikirlərinizi açıqlamağa tələsməyin. Planları müzakirə etmək vaxtı hələ yetişməyib.

Şir - İşdə uğurlar qazana bilərsiniz. Çoxdankı məqsədlərinizə çata bilərsiniz. İstədiyinizi almaq üçün istənilən maneəni aşmağa, zəhmət çəkməyə hazırsınız. Tərəfdaşlarınız qələbələrinizlə qürur duyurlar və bunun sevincini paylaşmağa hazırdırlar. Azacıq maliyyə itkiləri mümkündür.

Qız - Parlaq, yaddaqalan gündür. Sevinmək üçün asanlıqla bəhanə tapırsınız. Odur ki, pozitiv emosiyaların qıtlığından şikayətlənməyəcəksiniz. Ancaq narahatlığınız da az olmayacaq - istənilən xırdalığı ürəyinizə salmağa meyllisiniz. Təmkininizi qoruyun, bunu bacaracaqsınız.

Tərəzi - Dünyanızı dəyişdirmək üçün gücünüz yetər. Əsas odur ki, hərəkət istiqamətinizi düzgün seçəsiniz. Eyni zamanda bir neçə iş görməklə heç nəyə nail ola bilməyəcəksiniz, yaxşı olar ki, doğrudan da vacib hesab etdiyiniz bir işlə məşğul olasınız.

Əqrəb - Zərif cinsin nümayəndələri ilə ünsiyyət, sırf "qadın tədbirləri"nə qatılmaq üçün münasib gündür. Üstəlik, nüfuzlu adamlarla işgüzar danışıqlar aparmaq və vacib məsələləri müzakirə etmək olar. Cazibəniz istədiyinizə çatmağa imkan yaradır.

Oxatan - Möhtəşəm hadisələr gözləməyin. Əvvəlcə başladığınız işi sakitcə sona yetirə bilərsiniz. Düşmənlərinizin işinizə qarışacağından, yaxud şəraitin istəmədiyiniz axarda dəyişəcəyindən qorxmayın. Çox pul xərcləməyin, yaxınlarda vacib bir iş üçün çox lazımınız olacaq.

Oğlaq - Cəmiyyətdə baş verən proseslər, siyasi xarakterli hadisələr həyatınıza güclü təsir göstərir. Fəlsəfi və sosial suallar fikrinizi məşğul edir, şəxsi işləriniz ikinci plana keçir. Xoşbəxtlikdən, bu, ciddi itkilərə yol açmır.

Dolça - Ünsiyyət bacarığı, çox müxtəlif xasiyyətli insanlarla dil tapmaq məharətiniz köməyinizə gələcək. Planlaşdırılmamış görüşlər qarşınızda yeni perspektivlər açacaq. İdeyalarınızı gerçəkləşdirmək, möhtəşəm bir nəticə ortaya qoymaq şanslarınızı qaçırmırsınız. Uğurlarınız çox böyük ola bilər.

Balıqlar - Cazibəniz, gözəl zövqünüz, xoş rəftarınız diqqətdən kənarda qalmayacaq. Təsadüfi tanışınız, iş ortaqlarınız, yaxud da rəhbəriniz olacaq bir şəxslə - kiminlə olur-olsun - görüşünüz super keçəcək, hamıda əla təəssüratlar yaradacaqsınız. Sərfəli sövdələr bağlaya bilərsiniz.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli