Hər gün toxunduğumuz ən çirkli 5 ƏŞYA
09:40 / 29.03.2019
Amerika alimləri xüsusi avadanlığın köməyi ilə
bizi əhatə edən müxtəlif əşyaların üzərində olan mikrobların
sıxlığını yoxlayıblar.
Bu göstəriciyə görə ən çirkli 5 əşya təyin olunub:
1. Pul.
2. İctimai nəqliyyatda tutacaqlar.
3. Kompüter klaviaturası.
4. Qab yumaq üçün süngər.
5. Buraxılış vərəqələri və nəqliyyat kartları.
Alimlər pula və nəqliyyatda tutacaqlara toxunduqdan sonra əlləri
nəm salfetlərlə silməyi, kompüter klaviaturaları, buraxılış
vərəqələri, nəqliyyat kartları tez-tez dezinfeksiya etməyi, qab
yumaq üçün süngərləri həftədə 1 dəfə yenisi ilə əvəz etməyi tövsiyə
edirlər.
Mənbə:
Saglamolun.com