01 Aprel 2019-cu il. Ciddi
söhbətlər, müzakirələr və vacib məsələlərin həlli üçün uğurlu
gündür
Qoç - Dolu və gərgin gündür. İşləriniz çoxdur və bunların hər biri
özlüyündə maraqlıdır. Çox məşğul olsanız da, yorğunluq hiss
etməyəcəksiniz. Enerjiniz kifayət qədərdir. Eksperiment etmək,
qeyri-standart metodlardan yararlanmaq olar.
Buğa - Özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Mərhəmətiniz və
alicənablığınız diqqətdən kənarda qalmayacaq. Bəziləri sizin
hərəkətlərinizlə qürur duyur, bəziləri isə bundan öz xeyirlərinə
istifadə edərək sizi idarə etməyə çalışırlar. Təmaslarda ehtiyatlı
olun.
Əkizlər - Xeyli maraqlı məsələnin öhdəsindən gəlməlisiniz. Ağlınızı
işlədin, üzdə olan həllər heç də ən yaxşıları deyil, bir az dərin
düşünün. İstedadlarınızı nümayiş etdirmək üçün əla gündür: çox
güman ki, həyatınızı dəyişdirə biləcək insanlar həmin
qabiliyyətlərinizi görüb qiymətləndirəcəklər.
Xərçəng - Bir çox Xərçənglər bu gün qeyri-adi qərarlar verəcək,
həyatlarını müəyyən qədər dəyişəcəklər. Yeni zirvələr fəth etməkdə
onlara mane olan əlaqələri qırıb, vərdişləri tərgitməkdə bu gün
qərarlısınız. Məqsədyönlülüyünüz ətrafınızdakılara həddən ziyadə
görünə bilər, ancaq məhz onun sayəsində istədiyinizi
alacaqsınız.
Şir - Sağlam düşüncə və məntiqin sayəsində yeni problemlər
yaratmadan köhnələri həll edə bilirsiniz. Həm işgüzar, həm
dostlarla ünsiyyət üçün münasib gündür. Danışıqlar bir qədər uzana
bilər, ancaq nəticəsi məhz siz istəyən kimi olacaq. Axşam həm
işgüzar, həm əyləncəli səfər üçün münasibdir.
Qız - Sizin qətiyyətiniz heyrət doğurur. Məhz onun sayəsində
başqalarının uduzduğu yerdə siz qələbə qazanırsınız. Təşəbbüs
göstərin, ideyalarınızı reallaşdırmağa çalışın. Hər zaman tərəfdaş
tapmaq olmur, ancaq siz elə təkbaşına da əla nəticələr
qazanırsınız.
Tərəzi - Gərginlik artır: xeyli yeni tapşırıq alırsınız, üstəlik,
rutin problemlərin həlli də xeyli vaxtınızı alır. Bir çox
Tərəzilərin onlar üçün gerçəkdən də maraqlı olan işlərə sadəcə
vaxtları qalmayacaq. Yalnız çox intizamlı və çevik Tərəzilər bütün
işlərin öhdəsindən gələ biləcəklər.
Əqrəb - Gücünüzün, yaxud enerjinizin azlığından şikayət
etməyəcəksiniz. İstənilən maneəni dəf edə, istənilən məsələnin
öhdəsindən gələ bilərsiniz. Planlaşdırın: bir çox şey məqsədləri nə
dərəcədə düzgün təyin etməyinizdən asılıdır. Şöhrətpərəst Əqrəblər
işdə vəzifələrinin artmasına nail ola bilərlər.
Oxatan - İstənilən müştərək iş üçün uğurlu gündür. Nüfuzlu
şəxslərin dəstəyini qazanmağa çalışın - bu, qarşınıza qoyduğunuz
məqsədlərə çatmaqda çox köməyiniz olar. Ənənələri pozmaq,
eksperimentlər aparmaq məsləhət deyil. Yaxşı olar ki, yoxlanmış
metodlardan istifadə edəsiniz.
Oğlaq - Şəxsi xarakterli problemlər önə çıxır, iş məsələləri isə
arxa plana keçir. Vəzifələrinizi yerinə yetirməyə həvəsiniz yoxdur,
bu səbəbdən də gərək nəticədən şikayətlənməyəsiniz. Bu, ciddi
itkiyə yol açmayacaq, bir qədər sonra bu gün başlayıb, bitirə
bilmədiyiniz işləri yekunlaşdıracaqsınız.
Dolça - Daha vacib hadisələr şəxsi həyatınızda baş verir və ilk
növbədə onlara diqqət yetirin. Xoşbəxtlikdən, işdəki şərait buna
imkan yaradır. Məsləhətləri dinləyin, xüsusilə əgər bunları
qadınlar verirlərsə: çox faydalı sözlər eşidəcəyinizdən əmin olun.
Pul ala bilərsiniz. Bəzi Dolçalar bir anda bütün maliyyə
məsələlərini çözə bilmək üçün şans qazanacaqlar.
Balıqlar - Qohumlarınızla münasibətlərinizə diqqət edin,
yaxınlarınızın qayğısına qalın. Şəxsi və ailə məsələləri bu gün
birinci yerdədir. Bəzi Balıqlar özlərini tamamilə ev işlərinə həsr
edəcək, iş yeri və əyləncə barədə unudacaqlar. Səfərlərə gedərkən
nəzərə alın ki, onlar gözlənildiyindən daha uzun sürə
bilər.