“Era Teatrı”na yeni direktor təyin olundu
“Era Teatrı”nın yeni direktoru Əli Məmmədov oldu. Bu haqda məlumatı teatrın bədii rəhbəri Anar Rafiqoğlu verdi.

Anar Rafiqoğlu qeyd etdi ki, teatrda sadəcə bədii rəhbərin olması yetərli deyil, eyni zamanda direktor da vacibdir. O, qeyd etdi ki, teatrda direktorun əsas öhdəliyi yeni layihələr hazırlamaqdır, belə olduğu halda bədii rəhbər yeni tamaşalara hazırlaşa bilir.

Əli Məmmədovla dost olduqlarını deyən Anar onun savadlı olduğunu və bu vəzifəni layiqincə yerinə yetirəcəyini düşünür. Aktyor onu da qeyd etdi ki, gələcəklə bağlı yeni layihələri var və hal-hazırda layihənin birinin hazır olduğunu deyən Anar ilk tamaşanın Marneulidə səhnəyə qoyulacağını dedi. Anar Rafiqoğlu onu da qeyd etdi ki, teatrın əvvəlki direktoru Rabil İsmayılovla qarşılıqlı qərar verərək ayrılıblar.

"Teatr qurulduqdan bu günə qədər Rabil idi direktor. Onun yeni planları var çox sual verirlər ki, nəisə problemmi oldu. Yox,bizim aramızda heç bir problem ola bilməz. Biz çox yaxın dostları istər Əli olsun, İstər Rabil olsun. Düşündük ki, belə bir qərar verməyimiz həm özümüz, həm də teatrın gələcəyi üçün daha faydalı olacaq. Çünki teatrda ən vacib vəzifələrdən biri direktor vəzifəsidir. Əli Məmmədov, o da bizim çox aktiv bir dostumuzdur. "Bu yolun son stansiyası" tamaşasında da çox fəal olaraq bizim yanımızda idi, komandanın bir üzvü idi. Əli Məmmədov digər keyfiyyətləri ilə də direktorluöa layiq olan bir şəxs idi. Həm təhsili, həm iş təcrübəsi, həm dil qabiliyyəti bunlara dövlət dili olan gürcü dili, beynəlxalq dil olan ingilis dili, daxildir.Fəal gəncdir, bu işi də çox istəyir, yeniliklər etmək istəyir. Əminəm ki, Əli ilə birlikdə Era Teatırını daha böyük zirvələrə ucaltmağı bacaracağıq" -
Anar Rafiqoğlu dedi

Xatırladaq ki, “Era Teatrı” 2018-ci ildə Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissor Anar Rafiqoğlu və Rabil İsmayılov tərəfindən yaradıldı. Anar Rafiqoğlu və Rabil İsmayılov tərəfindən təsis edilən teatrın əsas məqsədi aktyorluğa və teatra həvəsi olan gəncləri bir araya toplamaq idi. “Era Teatrı”nın direktoru Rabil İsmayılov işlərinin olması səbəbindən və yetərli vaxtının olmadığından öz vəzifəsindən ayrılmışdı.

Qeyd edək ki, Əli Məmmədov Gürcüstan Aviasiya Universitetinin məzunudur, o, Gürcüstanda yeganə azərbaycanlı pilotdur.

Print