2 aprel üçün uduz falı
02 Aprel 2019-cu il. Yaşam arealınızda qayda yaradın, xaos görüntülərindən qurtulun

Qoç - maddi, real işlərlə məşğul olun, həyatdan kam alın. Sözlərin dəyəri çox deyil və buna görə də kiməsə öz mövqeyinizi anladaraq sinirlənməyin. Yalnız qarşılıqlı maraq varsa, işgüzar görüşlər fayda verəcək. Gərəkli ideyaları səbatlı etməyə imkan verəcək ideyalar olacaq.

Buğa - işlərə praktik və sayıq yanaşmanın tələb olunduğu gündür. Dünən hisslərlə həyəcanın bol olduğu sahədə indi nisbi sakitlikdir. Yetərincə əlaqə və məlumat topladığınız sahələrdəki qarşılıqlı təmasda olan məsələlər sizi maraqlandıracaq. Yaxşı bələd olduğunuz işi yerinə yetirərkən yeni ideya yarana bilər.

Əkizlər - şəraitə sürətlə, tez uyğunlaşın, amma tələskənlik etməyin, hövlnak addımlar atmayın. Mümkün qədər faydalı əlaqələr yaradın. Səfər, səyahət və ünsiyyət üçün uğurlu gündür.
Faydalı məsləhət və informasiya ala bilərsiniz. Xırdalıqların, təfərrüatların böyük dəyəri var.

Xərçəng - ambisiyalarınızı hərəkətə gətirəcək maraqlı və əlverişli gündür. Potensialın araşdırılması ilə imkanların dəyərləndrilməsi maraqlı nəticələr vəd edir. Özünüz barədə indiyədək etiraf etmək istəmədiyiniz gerçəyi biləcəksiniz. Tələskənliyə aldanmayın. Perspektivdə gərəyiniz ola biləcək informasiyanı dəyərləndirin.

Şir - səhər saatlarından etibarən aktiv və sayıq olun. Əsas məsələ olur ki, heç yerə tələsməyin, səbrli olun, başladığınız işi sona çatdırın. Yaxın ətrafınızdakı insanların narazılığını hiss edəcəksiniz. Münasibətləri gərməyin və problem öz həllini tapacaq. Ünsiyyətdə fəallaşma, qəfil və xoşagələn məqamlar yaşanacaq.

Qız - işlərdəki müvəqqəti fasilə şəxsi həyatınıza daha çox vaxt ayırmağa imkan verəcək. Rahatlıq və komfort axtarışları gözlənilir.
Təfərrüatlara və detallara diqqət verin. Həssas, sayıq olun.

Tərəzi - əvvəlki günlərdən yığılıb qalan, afterşok təsiri bağışlayan emosiyalardan qurtulun. Uğurlu alış-veriş, xoş əhval, sərfəli işlər günüdür. Status-kvonu qoruyun. Fəaliyyət planı ilə bağlı kimsəyə təzyiq göstərməyin. Ev işləri ilə məşğul olun.

Əqrəb - maksimal fayda və mənfəətə nail olmaq üçün səylərinizi dürüst istiqamətə yönəldin. Əlavə tapşırıq alsanız və ya başqasının görməli olduğu işi sizə tapşırsalar, buna yox deyin, müqavimət göstərin. İş və ünsiyyətlə bağlı intuisiyanıza etibar edin. Şərtlərin axarından çıxmayın, hadisələrə süni təkan verməyin. Dəyişikliklər spontandır, sizdən hansısa formada təşəbbüs tələb etmir.

Oxatan - emosiyalar və hisslərdə qayda yaratmaq üçün əlverişli gündür. Sevdiyiniz, dəyər verdiyiniz insanlara laqeyd olmayın. Onların qayğısına qalın.
Yaradlıcılıq məziyyətləriniz yüksəkdə olacaq. Əvvəlki iş metodlarından imtina edin, bir qədər fərqli davranın. İş stilini təkmilləşdirin, bədxah və rəqibin məkrli planlarını əvvəlcədən anlamağa çalışaraq tədbir görün.

Oğlaq - təsir imkanlarına tam nəzarət edin, yoxsa arzuolunmaz hadisələrlə qarşılaşa bilərsiniz. İşlər çoxdur, amma aktiv olun, qətiyyətli davranın, planı reallaşdırmaq üçün bütün imkanlardan yararlanın.
Günün ikinci yarısında yaşamınızda əhəmiyyətini itirmiş hisslər, emosiyalardan qurtulmalısınız. Yeni şəraitə uyğunlaşın və fayda əldə etməyə başlayın.

Dolça - izafi səy göstərməyin, özünüzü həddən artıq yormayın. Situasiyaları nüanslar həll edir.
Yaşananları müşahidə edin və köhnə problemi həll etmək imkanını əldən verməyin. Məqsədə doğru hərəkətdə müəyyən problemlər yarada biləcək diskomfort, rahatsızlıq yarana bilər.

Balıqlar - sakit, istirahət və rahatlıq hisslərinin gücləndiyi gündür. Maraqlarınızın təminatına çalışın. Yaxın perspektivdə sizə faydalı ola biləcək insanla əlaqə saxlayın.
Hisslərdə müəyyənliyin yaranması üçün əlverişli gündür.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli