Sağlam qidalanmaq istəyənlərin bir çoxu yağın
faydalı yoxsa zərərli olduğunu bilmək istəyirlər. Bu sualın cavabı
isə, hələ indiyədək tam şəkildə
açıqlanmamışdır.
Bunun ən əsas səbəbi isə, kərə yağının tərkibində olan faydalı və
zərərli maddələrin eyni miqdarda olmasıdır. Bu səbəbdən də,
illərdir ki, mübahisə mövzusu olan kərə yağı nə çox rahatlıqla
istifadə olunur, nə də ki, həddindən artıq qəbul
edilir.
16-20-ci əsrlər
arası hər kəs tərəfindən qəbul edilən kərə yağı son illərdə o qədər
də rəğbətlə qarşılanmır. 1911-ci ildə hər bir insan ən azı 23.6
qram kərə yağı qəbul edirdisə, indi həmin rəqəm 6.2 qramdan azdır.
100 il ərzində kərə yağının istifadəsinin bu qədər azaldılması
həqiqətən də, çox qəribədir.
Kərə yağının tərkibində olan doymuş yağlar
insanda bir çox problemlərə gətirib çıxarır. Həmin problemlərin
başında isə, ürək-damar xəstəliklərinin yaranma riski durur. Lakin
bu problemlərdən əlavə, kərə yağının faydaları olduqca çoxdur. Onun
tərkibində olan bəzi maddələr immun sistemini və qaraciyəri
qoruyur. Həmçinin, beyinə lazım olan xüsusi yağlar da məhz kərə
yağının tərkibində tapılır.