Marneulilər Totalizatorların olmasını mənfi dəyərləndirirlər
Məlum olduğu kimi Marneulidə çox sayda
totalizatorlar fəaliyyət göstərir.
Onlar tək Marneuli sakinlərini deyil, eyni zamanda ətraf kəndlərdə
olan insanları da özünə cəlb etməkdədir. Totalizatorlara orta
yaşlılarla birlikdə yeniyetmələr də maraq göstərir, bu isə onların
cibinə və düşüncələrinə mənfi təsirlər göstərir.
Maraqlıdır, bəs Marneuli sakinləri totalizatorların çoxluğuna necə
yanaşırlar? Bu mövzuda sorğu keçirərək sakinlərin fikirləri ilə
tanış olduq.
Sakinlərin əksəriyyəti totalizatorların olması fikrini mənfi
dəyərləndirdilər. Onların fikrincə, totalizatorların əvəzinə iş
yerlərinin olması daha məqsədəuyğundur.
Sakinlər deyir ki, belə yerlərə gənclər çox maraq göstərir və
günlərini orada keçirərək səhv yolda olduqlarının fərqinə
varmırlar. Yaxşı olar ki, totalizatorlar yığışdırılsın.
Sakinlər pullu oyunların olmasını olduqca mənfi dəyərləndirdilər və
bu məkanların bağlanılması fikrinin müsbət qarşılanacağını
dedilər.
Milli Statistika Xidmətinin məlumatlarına
nəzər salsaq, görərik ki, 2017-ci ildə bu sahənin ümumi dövriyyəsi
6176,6 mlrd lari təşkil edirdi ki, buradan da 6050,1 mlrd lari
qumar oyunlarının payına düşür. 2018-ci ildə isə bu sahəyə daxil
olan biznes-subyektlərin dövriyyəsi 12,598 mlrd lari təşkil edib.
Statistik məlumatlara görə, bu məbləğdən təqribən 9/10 (10 mlrd
çox) məhz qumar oyunlarının payı ola bilər.