Qoç - hadisələrin dinamikasını müşahidə edin,
günün tempindən geri qalmayın. Görüşlər, informasiyalar sizi laqeyd
qoymayacaq. Plan və ideyaların heç də hamısı yaxın ətrafınızdakı
insanlar tərəfindən rəğbətlə qarşılanmır. Sinirli, qıcıqlı olmayın.
Birlikdə çalışdığınız insana təzyiq
göstərməyin.
Buğa - günü sakit şəraitdə keçirməyə can atın.
Təzyiqlər artarsa, hadisələrin axarı güclənərsə, təkbaşına
çalışmağa üstünlük verin. Passiv olmayın. Maraqlarınızın tam
təminatına və planın yerinə yetirilməsinə ciddi diqqət verin.
Əkizlər - aktiv olun. Əsaslı, maraqlı və
perspektivli işləri ön plana çəkin. Orqanizmin energetik tonusunun
bərpasına fikir verin.
Mənafelərinizin tapdanmasına imkan verməyin. Maaş
və ya vəzifəyə görə təhqirlərə dözməyə dəyməz.
Xərçəng - səhər saatlarından etibarən ətalətli
olmayın, hadisələrin arxasınca getməyin. Olaylar sizdən yan
keçməsin.
İşdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
planlı davranın. Günün ortasında planlarınıza ailə problemləri
qarışa bilər. Baş verənlərə həddən artıq emosional reaksiya
verməyin. Yaxın ətrafınızda gərgin situsiya yaratmayın.
Şir - gərgin, təlaşlı, əndişəli gündür. Diqqəti
bir işdə cəmləmək çətindir. Mühüm məsələlərdən biri sizi fəal
iştirakınız və müdaxiləniz olmadan həllini tapacaq. Həddən artıq
aktiv olsanız əldə edilmiş nəticə qeyri-konstruktiv olacaq. Təkidli
və sərt olsanız, ciddi qarşıdurma yarana bilər.
Qız - yaxın bildiyiniz insan və dəyər verdiyiniz
şəxslə münasibətlərdə gərginlik yaratmamaq üçün həddən ziyadə
tələbkar olmayın. Yersiz səmimiyyətə varmayın. Dəvət aldığınız yerə
gedin, yeni tanışlıqlarda sayıq davranın. Alış-verişdə simiclik
etməyin.
Tərəzi - maraqlarınız və perspektivləriniz
əməkdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizin
problemlərinizlə dərindən maraqlanmırlar. Özünüzü aldatmayın,
qətiyyətli olun, yalanlara uymayın. Cari problemlərin həlli geniş
perspektivdə uğur vəd edə bilər.
Əqrəb - gərginlik, təmaslardakı aqressivlik
artır. Yarımçıq qalmış işləri bitirin, bir yerdə oturmayın. Yaxın
ətrafınızdakı insanla aktiv təmaslarda olun. Maraqlandığınız məsələ
ilə bağlı fikrinizi dəyişə biləcək xəbər, informasiya ala
bilərsiniz. Sərfəli və gərəkli işlərlə məşğul olun.
Oxatan - səhər saatlarından etibarən aktiv olun.
İmkan və resurslarınızdan yararlanın. Yaradıcılıq imkanlarından
faydalanın. Özünüzü rahat hiss etdiyiniz əlaqələr və etimad
etdiyiniz insanlarla təmaslarla kifayətlənin.
Oğlaq - dəqiqlik və konkretlik tələb edən işlərdə
aktivlik nümayiş etdirin. Günün hadisələrinin məğzini,
münasibətlərin əsaslarını təxminləməyə can atın. Alınan
informasiya, qəfil görüşlər və ya tərəfdaşlarla söhbətlər mühüm
məsələyə münasibətinizi dəyişə bilər. Planların fərqli məcraya
yönəlməsi istisna deyil.
Dolça - əsas diqqəti gərəkli məlumatın
aranmasına, ondan sərfəli istifadə olunmasına yönəldin. Əlaqələr,
təmaslar və qarşılıqlı sərfəli tərəfdaşlıq çox vacibdir.
Yaxınlarınız və ya qohumlarınızdan birinin həyatındakı hadisə sizə
ciddi təsir edə bilər. Hadisələrin axarına süni təkan vermədən
çalışın.
Balıqlar - qəfil
təəssüratlar və hadisələrdəki kəskin dönüşlər zamanıdır. Ciddi,
genişmiqyaslı işə başlamağa təşəbbüs etməyin. Yaşamın indiki dövrdə
təklif etdikləri ilə kifayətlənməyə dəyər.