3 aprel üçün ulduz falı
Qoç - hadisələrin dinamikasını müşahidə edin, günün tempindən geri qalmayın. Görüşlər, informasiyalar sizi laqeyd qoymayacaq. Plan və ideyaların heç də hamısı yaxın ətrafınızdakı insanlar tərəfindən rəğbətlə qarşılanmır. Sinirli, qıcıqlı olmayın. Birlikdə çalışdığınız insana təzyiq göstərməyin.


Buğa - günü sakit şəraitdə keçirməyə can atın. Təzyiqlər artarsa, hadisələrin axarı güclənərsə, təkbaşına çalışmağa üstünlük verin. Passiv olmayın. Maraqlarınızın tam təminatına və planın yerinə yetirilməsinə ciddi diqqət verin.

Əkizlər - aktiv olun. Əsaslı, maraqlı və perspektivli işləri ön plana çəkin. Orqanizmin energetik tonusunun bərpasına fikir verin.
Mənafelərinizin tapdanmasına imkan verməyin. Maaş və ya vəzifəyə görə təhqirlərə dözməyə dəyməz.

Xərçəng - səhər saatlarından etibarən ətalətli olmayın, hadisələrin arxasınca getməyin. Olaylar sizdən yan keçməsin.
İşdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün planlı davranın. Günün ortasında planlarınıza ailə problemləri qarışa bilər. Baş verənlərə həddən artıq emosional reaksiya verməyin. Yaxın ətrafınızda gərgin situsiya yaratmayın.

Şir - gərgin, təlaşlı, əndişəli gündür. Diqqəti bir işdə cəmləmək çətindir. Mühüm məsələlərdən biri sizi fəal iştirakınız və müdaxiləniz olmadan həllini tapacaq. Həddən artıq aktiv olsanız əldə edilmiş nəticə qeyri-konstruktiv olacaq. Təkidli və sərt olsanız, ciddi qarşıdurma yarana bilər.

Qız - yaxın bildiyiniz insan və dəyər verdiyiniz şəxslə münasibətlərdə gərginlik yaratmamaq üçün həddən ziyadə tələbkar olmayın. Yersiz səmimiyyətə varmayın. Dəvət aldığınız yerə gedin, yeni tanışlıqlarda sayıq davranın. Alış-verişdə simiclik etməyin.

Tərəzi - maraqlarınız və perspektivləriniz əməkdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizin problemlərinizlə dərindən maraqlanmırlar. Özünüzü aldatmayın, qətiyyətli olun, yalanlara uymayın. Cari problemlərin həlli geniş perspektivdə uğur vəd edə bilər.

Əqrəb - gərginlik, təmaslardakı aqressivlik artır. Yarımçıq qalmış işləri bitirin, bir yerdə oturmayın. Yaxın ətrafınızdakı insanla aktiv təmaslarda olun. Maraqlandığınız məsələ ilə bağlı fikrinizi dəyişə biləcək xəbər, informasiya ala bilərsiniz. Sərfəli və gərəkli işlərlə məşğul olun.

Oxatan - səhər saatlarından etibarən aktiv olun. İmkan və resurslarınızdan yararlanın. Yaradıcılıq imkanlarından faydalanın. Özünüzü rahat hiss etdiyiniz əlaqələr və etimad etdiyiniz insanlarla təmaslarla kifayətlənin.

Oğlaq - dəqiqlik və konkretlik tələb edən işlərdə aktivlik nümayiş etdirin. Günün hadisələrinin məğzini, münasibətlərin əsaslarını təxminləməyə can atın. Alınan informasiya, qəfil görüşlər və ya tərəfdaşlarla söhbətlər mühüm məsələyə münasibətinizi dəyişə bilər. Planların fərqli məcraya yönəlməsi istisna deyil.

Dolça - əsas diqqəti gərəkli məlumatın aranmasına, ondan sərfəli istifadə olunmasına yönəldin. Əlaqələr, təmaslar və qarşılıqlı sərfəli tərəfdaşlıq çox vacibdir. Yaxınlarınız və ya qohumlarınızdan birinin həyatındakı hadisə sizə ciddi təsir edə bilər. Hadisələrin axarına süni təkan vermədən çalışın.

Balıqlar - qəfil təəssüratlar və hadisələrdəki kəskin dönüşlər zamanıdır. Ciddi, genişmiqyaslı işə başlamağa təşəbbüs etməyin. Yaşamın indiki dövrdə təklif etdikləri ilə kifayətlənməyə dəyər.
Print
თეგები: Ulduz fali Marneulifm Marneuli