4 aprel üçün ulduz falı
Qoç - işdəki gələcəyinizi necə gördüyünüzü düşünün. Heç bir perspektivi olmayan məsələlərdən imtina edin, puç xülyaları unudun. Yaxşı pul əvəzinə vəd verilən yerdə qalmağınız zəifliyiniz, fatumla barışmağınızdır.


Buğa - son vaxtlar əldə etdiyiniz bilik və bacarıq bu gün karınıza gələcək. Təcrübədən yararlanmaqdan çəkinməyin.
İşdə eksperimentlər, çoxdan bəri sizi narahat edən problemin həllinin yeni variant və metodlarının axtarışı üçün əlverişli zamandır.

Əkizlər - söhbətlər, xüsusilə də maraqlı olmayan müzakirələr xeyli vaxt alır. Belə söhbətlərdən yayının. Amma sərt olmayın, çünki söhbətə qatılanlar işiniz asılı olduğu adamlardan biridir. Rəhbərliklə dil tapın, acıdil olmayın.

Xərçəng - eksperimentlər üçün əla gündür. Anı hiss edin, qərar qəbulu və ya əhəmiyyətli addım üçün uğurlu vaxtı müəyyənləşdirməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizi təəccüblə izləyəcəklər. Onlar düşünürlər ki, yanlış qərar veribsiniz və uğursuzluğa düçar olacaqsınız. Fəqət, seçdiyiniz taktika səhihdir.

Şir - çalışdığınız insanları dürüst qiymətləndirin. İfrat inam və etibar kimi, sizə yardım etmək istəyən şəxsə şübhə ilə yanaşmaq yersizdir. İş və ya şəxsi həyatla bağlı mühüm məsələlərin müzakirəsi üçün əlvreişli gün deyil. Münaqişə riski böyükdür.

Qız - malliyyə itkiləri, uğursuz alış-veriş zamanıdır. Ciddi və genişmiqyaslı işə başlamaq istəyirsinizsə, yardımçı olacaq insanı müəyyənləşdirin. Gərəksiz, perspektivsiz, puç xəyallara, mənasız vədlərə aldanmayın. Uzunmüddətli kursa yazılmayın, tam bəlli olmayan sifarişi qəbul etməyin.

Tərəzi - pullarınızı ağılla, məntiqlə xərcləyin. Alış-verişdə hərisliyə və ya emosionallığa qapılmayın. Maliyyə durumunuz qəflətən yaxşılaşa bilər. Böyük məbləğdə pul almağınız mümkündür. Yaxud da sərfəli anlaşma, işlə bağlı cazibədar təkliflər istisna deyil.

Əqrəb - bir yerdə oturmaq istəmirsiniz. Macəra və sərgüzəşt arayırsınız. Yeknəsəklikdən qurtulmaq, rutin işlər əvəzinə maraqlı prosesə başlamaq naminə düşünülməmiş addım atmayın.

Oxatan - bu gün faydalı və maraqlı işləyə bilərsiniz. Əsas odur ki, sizi kimsə yolunuzdan sapdırmasın. Qarşınıza qoyduğunuz məqsəddən yayınmayın. Təzyiqə dözərək haqlarınızın tapdanması ilə barışmayın.

Oğlaq - işdə yeniliklər və dəyişikliklər ola bilər. Situasiyanı müşahidə edin. Nüfuzu artan insana gərəkli anda dəstək verməyinizdən perspektiviniz asılıdır. İşdəki mövqelərini qorumaq üçün çoxdankı tərəfdaş və ya şəriklərdən biri ilə əməkdaşlıqdan imtina məcburiyyəti də yarana bilər.

Dolça - gün yeni işlər və tapşırıqlar, sifarişlər və təkliflər vəd edir. Bir zamanlar yardım etdiyiniz insanlar indi sizə kömək etməyə hazırdır. O insanlara laqeyd yanaşmayın. Gəlir əldə edə bilərsiniz. Səfər və səyahət istisna deyil. Olaylar maraqlı məcrada cərəyan edir.

Balıqlar - qüvvə və potensialınıza şübhəniz varsa, risk etməyin, uğursuzluğa düçar olmayın. Yerinizdə saymayın, döyüşə atılın.
Qələbə qazanacağınıza əmin olmasanız da, hərəkət edin.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია