Amerikanın ən
qədim geyim şirkətlərindən olan “Levi Strauss & Co” şirkətinin
mütəxəssisləri cins geyimlərin yuyulması ilə bağlı tövsiyələr
verib.
Bu barədə “İndependent” nəşri məlumat yayıb.
“Levi’s” brendinin istehsalı ilə məşğul olan
müəssisənin mütəxəssislərinə görə, cinsi tez-tez yumağa ehtiyac
yoxdur. Onu ayda bir dəfə yumaq kifayət edir.
“1873-cü ildə cins şalvarın istehsalına
başlanılanda, onu yalnız Amerikanın Qərb bölgəsinin fəhlələri və
mədənçiləri geynirdi. Denim parçası möhkəm və uzunömürlü olduğundan
onu tez-tez yumağa lüzum yoxdur, halbuki çoxları bunun əksini edir.
Az-az yumaqla siz həm suya, həm də enerjiyə qənaət etmiş
olursunuz”, - deyə şirkətin mütəxəssisi bildirib.
Bundan başqa, şirkət nümayəndəsi cins geyimlərin
optimal yuyulma metodunu da xatırladıb.
“Cinsi tərsinə çevirin, onu tünd rəngli başqa
paltarlarla birlikdə paltar yuyan maşına yerləşdirin, mülayim
temperatur rejimini seçin. Tərkibində ağardıcı olmayan maye halında
olan yuyucu vasitədən istifadə edin”, - deyə “Levi’s” mütəxəssisi
bildirib.
Mənbə: Oxu.az