5 aprel üçün ulduz falı
Qoç - günün ilk yarısı ilə bağlı planlar quranda unutmayın ki, hətta ən sadə və asan işlərin həlli nəzərdə tutulduğundan artıq vaxt alacaq. Yolda ləngimə, təxirəsalma riskləri də az deyil. Yolda gecikmələr ola bilər. Ona görə də gecikmələrlə barışmayan insanlarla bu gün görüş təyin etməyin. Vəd edilən görüşə vaxtında qatılmaq asan olmayacaq.



Buğa - unutmayın ki, yaxın gələcəklə bağlı planlar qurursunuz. Nəyi həyata keçirmək istədiyinizi müəyyənləşdirin. Əfsuslar olsun ki, bir sıra məsələlərdə sizi pərişanlıq gözləyir. Günün maliyyə fonu uğursuz olduğundan bədxərcik etməyin, spontan alış-verişə varmayın. İşgüzar səfər və ya səyahət uğursuz alınacaq. Çoxdankı tərəfdaşlardan biri ilə münasibətlər korlana bilər.

Əkizlər - səhər saatlarında xüsusilə diqqətli və səbrli olun. Həmkarlar, işgüzar tərəfdaşlar və işdəki rəhbərliklə təmaslarda diqqətli olun. Yalnız belə olarsa, sonradan uzunmüddətli münaqişələrə təməl olacaq mübahisənin qarşısını ala bilərsiniz. Birgə fəaliyyət üçün əlverişsiz zamandır.

Xərçəng - bilin ki, günün ilk yarısı uğurlu olacaq. Qərarları vaxtında qəbul edərək qətiyyətli addımlar atsanız, göstərdiyiniz səylər peşəkar fəaliyyət sahəsində ciddi irəliləyişlə sonuclanacaq. Əzəli rəqibi üstələmək, bədxahları pərişan etmək şansları var. Karyera, maliyyə məsələləri, şəxsi həyatla önəmli qərarlar qəbul edərkən ciddi düşünün.

Şir - gerçəkdən də, qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaqlar. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az olacaq. Süst və ətalətli davranmayın.

Qız - narahat olmayın, əlverişli və yaxşı gündür. Ciddi uğurlara nail ola bilərsiniz. Qəbul etdiyiniz qərarlar qeyri-standart olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri həllini gözləyən problemi çözmək şansları yaranıb. Son vaxtlar dil tapa bilmədiyiniz insanlarla dil tapa bilərsiniz.

Tərəzi - günün ilk yarısında işdə uğurlar istisna deyil. Nüfuzlu insanlarla görüşlər pis keçmir. İşdə rəhbərliklə söhbətin konstruktiv olmasına çalışın. Karyerada irəliləyişə və ya maaşın artırılmasına nail olmaq şansları var. Yeni iş yeri axtarışlarına da başlamaq olar. Maraqlı təkliflər alacaqsınız.

Əqrəb - qətiyyətli olun. Yaranan problemləri müstəqil, kimsədən yardım gözləmədən həll etməyə çalışsanız, əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Əməkdaşlıq effektiv olsa da, psixoloji baxımdan qeyri-komfort sayıla bilər. İşdə həmkarlarla, fəaliyyət sahəsində isə tərəfdaşlarla gərgin mübahisələr etməyin. İşgüzar və şəxsi münasibətləri əsla qarışdırmayın.

Oxatan - günün ilk yarısı sakit və rəvan zamandır. Adi, cari və rutin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Əlahiddə çətinliklər yaranmayacaq. Prinsipial baxımdan yeni problemlərin həllinə, yaxud da genişmiqyaslı layihənin reallaşdırılmasına başlamayın. Bir çox məsələlərə ifrat mühafizəkar yanaşma sərgiləməyin. Bilik və təcrübənin artırılmasında uğurlar əldə edə bilərsiniz. Maraqlı insanlarla görüşlər istisna deyil.

Oğlaq - səbrli, təmkinli olsanız, böyük uğurlara və əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İntuisiyanızın səsinə qulaq asın. O, ən yaxşı nəticələrə nail olmaq üçün nə zaman nə etməyi sizə deyəcək. Tamamilə faydasız hesab etdiyiniz informasiyadan da yararlana bilərsiniz. Bilik, təcrübə və məlumatlarınızı artırın.

Dolça - hisslərin əsiri olmayın. İşgüzar görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilati fəaliyyətlə bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları müzakirə etmək olar.
Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi mövqeyi tutmayın.

Balıqlar - qarışıq zamandır. Yaranmış situasiyanı dəyərləndirmək çətin olsa da, bu işin öhdəsindən gəlməyə çalışın. Bəzi qərarlar və addımlarınızın yanlış olduğunu etiraf etmək üçün özünüzdə cürət tapın. Aldığınız məlumatlarla informasiyanın hamısını yadda saxlamaq çətindir. Bəzi məlumatları unuda bilərsiniz.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია