"Nağıl Saat"nın qonağı Həcər Yusibova oldu
Həcər Yusibovanı tanıyaq.

Həcər Yusibovanın 8 yaşı var və Yuxarı Saral kənd ictimai məktəbinin 2-ci sinif şagirdidir.

Həcər nağılları çox sevir o, "Marneuli" radiosunun körpə və yeniyetmələr üçün nəzərdə tutduğu "Nağıl Saatı"nda qonaq olaraq dinləyicilərə "Meşə Kralı" adlı sevimli nağılını söylədi.

Əziz valideynlər!

Siz də radiomuzun körpələrə ayıracağı "Nağıl Saatı"-na öz övladlarınızı və yaxınlarınızı yönləndirə, onların danışacağı nağılları 96.9 fm vasitəsi ilə dinləyə bilərsiniz.

7 yaşından 16 yaşa qədər körpə və yeniyetmələri radioda Azərbaycan, gürcü xalq nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət edirik.

Maraqlanan şəxslər 557 99 44 15 nömrəsinə zəng vura və "Marneuli" radiosunun jurnalisti Pərvin Hacıyeva ilə əlaqə saxlaya bilərlər.


Print