12-ci siniflərin imtahanın ləğv olunması ilə bağlı zəmanəti varmı? - "parlament müvafiq qərar qəbul edəcək"
Təhsil, Elm,
Mədəniyyət və İdman nazirinin müavini Natia Zedqinidze bildirib ki,
məktəb buraxılış imtahanlarının ləğv olunması ilə bağlı bu gün
üçüncü
dinləmə ilə qəbul edilməyən qanun layihəsi
yaxın gələcəkdə yenə səs verməyə çıxarılacaq.
“Təqdim olunan qanun layihəsi deməkdir ki, məktəb
buraxılış imtahanları ləğv olunmalıdır. Parlament birinci-ikinci
dinləmədə səs çoxluğu ilə qərar qəbul etdi və bu təşəbbüsü müsbət
dəyərləndirdi. İndi üçüncü dinləməni gözləyəcəyik” –
nazir müavini EDU.ARİS.GE-yə bildirib.
Üçüncü dinləmə ilə baş tutmayan qanun layihəsindən sonra 12-ci
sinif şagirdlərinin zəmanəti varmı ki, bu il buraxılış imtahanı
verməyəcəklər – bu suala Natia Zedqnidze cavab verib ki,
parlamentin reqlamenti təkrar səs vermənin keçirilməsinə izin
verir.
“Yaxın gələcəkdə təkrar üçüncü səs verməni gözləyirik.
Reqlamentə əsasən təkrar keçirilməsi mümkündür. Yaxın gələcəkdə
parlament müvafiq qərar qəbul edəcək” - Natia
Zedqinidze bildirib.