6 aprel üçün ulduz falı
06 Aprel 2019-cu il. Yeni
tanışlıqlar, romantik ünsiyyətlər istisna deyil
Qoç - uğurlu gündür. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirə
bilərsiniz. Sizə maraqlı olan insanın dəstəyinə və ya rəğbətinə
nail ola bilərsiniz. Hüquqi məsələlərin həlli, dövlət qurumlarının
mənsubları ilə ünsiyyət üçün pis gün deyil.
Yeni işgüzar perspektivlər yaranır.
Buğa - danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün əlverişli
vaxtdır. Xoş təsir bağışlamaq istədiyiniz insanla görüşün. İctimai
həyatda fəal iştirak edin, xeyriyyə tədbirlərinə qatılın. Nüfuzlu
insanların diqqətini cəlb etmək, onlardan dəstək almaq şansı
var.
Əkizlər - təmkinli, amma əzmkar və qətiyyətli olun. Yalnız belə
davranışla uğura nail ola bilərsiniz. Çətinliklərin qarşısından
geri çəkilməyin. Problemlər nə qədər çox olsa da, ruhdan düşməyin.
Müşkülləri çözməyin yolu var. Yaxın ətrafınızdakı insanlar sizə
yardım edəcək.
Xərçəng - yalnız öz maraqlarınızı və mənafelərinizi düşünərək
fikrinizi mütləq saysanız, ciddi problemlər yarana bilər.
Yaxın ətrafdakı insanların fikir və niyyətlərini mütləq şəkildə
nəzərə alın. Həssas, sayıq və diqqətli olun. Əks təqdirdə
münasibətlər pozula bilər. Təhsil, tədris üçün əlverişli gün deyil.
Yeni informasiya pis əxz olunur, alınan məlumatları təhlil etmək
çətindir.
Şir - yaşananları diqqətlə müşahidə edərək gərəkli nəticələr
çıxarsanız, səhv və yanlış addımlardan qurtula bilərsiniz. İlk
baxışdan tamamilə əhəmiyyətsiz təsir bağışlanan nəsnə və olaylara
da fikir verin. İstənilən xırdalıq, detal mühüm rol oynaya bilər.
Nüfuzlu insanla ünsiyyət, işlə bağlı planın müzakirəsi üçün yaxşı
vaxt deyil. Bu plan, niyyət və ya layihənin sizsiz reallaşma şansı
yüksəkdir.
Qız - həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi
yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə
olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək. İşlərinizdə
hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı
və təcrübəli insanın məsləhətlərinə qulaq asın.
Tərəzi - məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər
sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan
parlaq ideyalar yaranır. İşlərinizin öhdəsindən gəlməklə yanaşı,
yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş
üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala
bilərsiniz. Seçimdə yanılmayın.
Əqrəb - çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır
problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə
məşğul olmaq məcburiyyəti yaranır. Həmin işlərin hamısı diqqət və
həssas münasibət tələb edir.
İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.
Oxatan - sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu
imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır.
Enerjinizə həsəd aparmaq olar. Bu enerjini quruculuğa, yaşam
irerarxiyasında irəliləməyə yönəldin.
Uğurlar əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.
Oğlaq -ünsiyyət və yeni əlaqələr üçün əlverişli gündür. Yaxın
ətrafınızdakı insanlarla dil tapmaqla yanaşı, onların yardımı və
dəstəyini ala biləcəksiniz. Birgə layihələrə başlamaq olar.
Məhsuldar əməkdaşlıq yeni əlaqənin əsasını qoya bilər.
Dolça - dəvət olunan yerə yollanmaq üçün yaxşı gündür. Aktiv olun,
başlanan işləri başa vurun. Yeni tanışların və əvvəllər sizə rəğbət
bəsləməyən insanların xoş münsibəti ilə qarşılaşa bilərsiniz. Yeni
tanışlıqlar, romantik ünsiyyətlər istisna deyil.
Sənədlərlə çalışanda detallara fikir verin. Səhvlər sonradan ağır
nəticələr verə bilər.
Balıqlar - uğurlu və bol şanslar vəd edən gündür. Başladığınız
işləri tezliklə bitirə bilərsiniz. Yeni, hətta çox mürəkkəb işlərə
başlayın. Uğursuzluq və problemlər ehtimalı azdır. Mühüm sənədlər
imzalamaq, önəmli sövdələşmələrə başlamaq
olar.