6 aprel üçün ulduz falı
06 Aprel 2019-cu il. Yeni tanışlıqlar, romantik ünsiyyətlər istisna deyil

Qoç - uğurlu gündür. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Sizə maraqlı olan insanın dəstəyinə və ya rəğbətinə nail ola bilərsiniz. Hüquqi məsələlərin həlli, dövlət qurumlarının mənsubları ilə ünsiyyət üçün pis gün deyil.
Yeni işgüzar perspektivlər yaranır.

Buğa - danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün əlverişli vaxtdır. Xoş təsir bağışlamaq istədiyiniz insanla görüşün. İctimai həyatda fəal iştirak edin, xeyriyyə tədbirlərinə qatılın. Nüfuzlu insanların diqqətini cəlb etmək, onlardan dəstək almaq şansı var.


Əkizlər - təmkinli, amma əzmkar və qətiyyətli olun. Yalnız belə davranışla uğura nail ola bilərsiniz. Çətinliklərin qarşısından geri çəkilməyin. Problemlər nə qədər çox olsa da, ruhdan düşməyin. Müşkülləri çözməyin yolu var. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcək.


Xərçəng - yalnız öz maraqlarınızı və mənafelərinizi düşünərək fikrinizi mütləq saysanız, ciddi problemlər yarana bilər.
Yaxın ətrafdakı insanların fikir və niyyətlərini mütləq şəkildə nəzərə alın. Həssas, sayıq və diqqətli olun. Əks təqdirdə münasibətlər pozula bilər. Təhsil, tədris üçün əlverişli gün deyil. Yeni informasiya pis əxz olunur, alınan məlumatları təhlil etmək çətindir.


Şir - yaşananları diqqətlə müşahidə edərək gərəkli nəticələr çıxarsanız, səhv və yanlış addımlardan qurtula bilərsiniz. İlk baxışdan tamamilə əhəmiyyətsiz təsir bağışlanan nəsnə və olaylara da fikir verin. İstənilən xırdalıq, detal mühüm rol oynaya bilər. Nüfuzlu insanla ünsiyyət, işlə bağlı planın müzakirəsi üçün yaxşı vaxt deyil. Bu plan, niyyət və ya layihənin sizsiz reallaşma şansı yüksəkdir.


Qız - həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək. İşlərinizdə hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı və təcrübəli insanın məsləhətlərinə qulaq asın.


Tərəzi - məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan parlaq ideyalar yaranır. İşlərinizin öhdəsindən gəlməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala bilərsiniz. Seçimdə yanılmayın.


Əqrəb - çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yaranır. Həmin işlərin hamısı diqqət və həssas münasibət tələb edir.
İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.


Oxatan - sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır. Enerjinizə həsəd aparmaq olar. Bu enerjini quruculuğa, yaşam irerarxiyasında irəliləməyə yönəldin.
Uğurlar əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.


Oğlaq -ünsiyyət və yeni əlaqələr üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmaqla yanaşı, onların yardımı və dəstəyini ala biləcəksiniz. Birgə layihələrə başlamaq olar. Məhsuldar əməkdaşlıq yeni əlaqənin əsasını qoya bilər.


Dolça - dəvət olunan yerə yollanmaq üçün yaxşı gündür. Aktiv olun, başlanan işləri başa vurun. Yeni tanışların və əvvəllər sizə rəğbət bəsləməyən insanların xoş münsibəti ilə qarşılaşa bilərsiniz. Yeni tanışlıqlar, romantik ünsiyyətlər istisna deyil.
Sənədlərlə çalışanda detallara fikir verin. Səhvlər sonradan ağır nəticələr verə bilər.


Balıqlar - uğurlu və bol şanslar vəd edən gündür. Başladığınız işləri tezliklə bitirə bilərsiniz. Yeni, hətta çox mürəkkəb işlərə başlayın. Uğursuzluq və problemlər ehtimalı azdır. Mühüm sənədlər imzalamaq, önəmli sövdələşmələrə başlamaq olar.

Print
თეგები: Ulduz fali Marneulifm Marneuli