Göz qapaqları üçün inanılmaz maska - RESEPT
40
yaşdan sonra qocalma prosesi ilə əlaqədar dəridə də dəyişikliklər
başlayır. Məhz bu yaşdan sonra göz qapaqlarında sallanmalar
yaranır.
Buna görə də 40 yaşdan gec olmayaraq dəriyə qulluq etməyə başlamaq
yaxşı olardı.
Ev şəraitində tətbiq edə biləcəyiniz bir çox sadə proseduralarla bu
problemi aradan qaldıra bilərsiniz.
Göz qapaqlarının sallanmasının qarşısını alan reseptləri təqdim
edirik:
Maskanı tətbiq etməzdən əvvəl kiçik bir qaydanı yadda saxlayın:
əgər gecələr pis yatırsınızsa, o zaman sizə heç bir maska kömək edə
bilməyəcək. Məhz normal yatmamaq xarici görünüşə pis təsir
göstərir.
Tələb olunanlar:
• 2 yumurta sarısı
• 1 x/q zeytun yağı
İstifadəsi:
1. İnqrediyentləri bircinsli məhlul əmələ gələnə qədər
qarışdırın.
2. Alınan kütləni göz qapaqlarına çəkərək 10-15 dəqiqə
saxlayın.
3. Daha sonra su ilə yuyun.
4. Daha sonra maskanı yenə də qapaqlara çəkərək 5 dəqiqə
saxlayın.
5. Bundan sonra maskanı su ilə yuyaraq 30 dəqiqə müddətində
gözləriniz bağlı halda uzanın.
Bu proseduru həftədə 2 dəfə etsəniz, ən azından 50 yaşına kimi
sallanmış göz qapaqları problemindən azad olacaqsınız.
Mənbə: Milli.az