Qoç - Yalnız entuziazm və qətiyyət sayəsində uğur
qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə
doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu
bir şəxin dəstəyini qazana bilərsiniz.
Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə
dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç
biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib
qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız
qarşısınıda sizə böyük üstünlük qazandırır.
Əkizlər - Bu gün öz işlərinizi bir kənara qoyub,
başqalarının maraqlarını müdafiə edəcək, ətrafınızdakıları
sevindirəcəksiniz. Kimsə sizin xeyirxahlığınızdan sui-istifadə
etməyə çalışmayacaq, odur ki, insanlara yardım etmək həvəsinizi
boğmayın. Peşəkar əlaqələrinizi möhkəmlətmək zamanıdır. Çoxdankı iş
ortaqlarınızla görüşə bilərsiniz, güman ki, onlar sizə maraqlı
təkliflər edəcəklər.
Xərçəng - Ehtiyacınız olan dəstəyi vaxtında
alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən
gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez
gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın
gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da,
istədiyinizə çata bilərsiniz.
Şir - Yaradıcı iş, qeyri-standart yanaşma tələb
edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları
gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur,
darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda
dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması
mümkündür.
Qız - Düzgün yanaşma sayəsində bir çox
problemləri həll etmək mümkün olacaq. Başqalarının əhəmiyyət
vermədikləri faktları, bütün işin gedişatına təsir edə biləcək
xırda detalları vaxtında görür və düzgün qiymətləndirirsiniz.
Ətrafınızdakılara kömək edin - başqaları üçün etdikləriniz özünüzə
də xeyirlidir.
Tərəzi - Kölgədə qalmağa can atmayın: bu gün nə
qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır (özü də tək
sizin üçün deyil). Nüfuzlu şəxslərlə danışıqlar aparmaq, investor
və ya hami axtarmaq olar. Yeni başlanan işgüzar əlaqələr, sizin
istəyiniz olarsa, dostluğa, yaxud sevgiyə çevrilə bilər.
Əqrəb - Cari işlərə diqqət yetirmək çətindir:
ürəyiniz böyük layihələr və möhtəşəm qələbələr istəyir. İddialı
ideyalarınızı reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir
olduğunuzu sübut etdiyiniz adamlar bu işdə sizə yardımçı ola
bilərlər. Sizi bu gün xeyli tənqid edirlər, amma bunların heç biri
eyninizə deyil.
Oxatan - Kütlə qarşısında çıxışlar, işgüzar
danışıqların aparılması üçün münasib gündür. Əgər iş
axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox
əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs
göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından
çəkinməyin.
Oğlaq - Məqsəd və prioritetlərinizi
dəqiqləşdirmədən heç bir addım atmayın. Xırdalıqlara çox vaxt sərf
edir, vacib olanları isə diqqətdən qaçırırsınız. Yeni, sizin üçün
tanış olmayan sahəyə can atırsınız, ancaq öncə başladığınız işləri
bitirsəniz, daha yaxşı olar.
Dolça - Peşəkar məsələlər xeyli güc tələb edir.
Ancaq nə vaxtsa yardım etdiyiniz insanlar köməyinizə gələcəklər.
İşləriniz çox olsa da, qeyri-formal ünsiyyət üçün də vaxtınız
qalacaq. Bunu əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin
üçün aktual olan bir neçə problemi həll edə bilərsiniz.
Balıqlar -
Mürəkkəb məsələlər həllini gözləyir, siz də tərəddüdsüz bunları
bir-bir aradan qaldırmağa girişirsiniz. Özünüzə inamınızın əsası
var - doğrudan da, indi hər şeyə qadirsiniz. Kənardan köməyə
ehtiyacınız yoxdur, amma bu gün sizə müstəqillik versələr, özünüzü
xoşbəxt sayarsınız. Kommersiya fəaliyyətində bəxtiniz
gətirəcək.