Ulduz falı: Şəxsi münasibətlərdə ciddi dəyişiklikləri tələsdirməyin
Qoç
- Gələn məlumatlar, alınan informasiyalar yoxdur. Prosesə süni
təkan verərək hadisələri səbəbsiz şəkildə sürətləndirməyin heç bir
mənası yoxdur. Maraqlı təsir bağışlasa da, əlavə iş və ya öhdəlik
aramayın. Əsas işi çətinlik çəkmədən görə bilərsiniz.
Günün ikinci yarısında yaşlıların və yaşca sizdən kiçiklərin
qayğısına qalın. Yeni işə başlamağa hazır olun.
Buğa - Təmaslar, görüşlər və alınan xəbərlərin sayı artacaq.
Müzakirələr aparmaq olar. Amma şəraitin sürətlə dəyişən
nüanslarını, tərəfdaşlarla şəriklərin niyyətlərini və istəklərini
nəzərə alın. Tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı
insanlara təzyiq göstərməyin.
Əkizlər - Günün ilk yarısında praktik, praqmat olun. Yaxşı
tanımadığınız, bələd olmadığınız insanlara maliyyə yardımı ilə
bağlı vədlər verməyin. Pulla bağlı öhdəlikləri unutmayın. Yaşama
ifrat nikbin baxmayın. Şirnikləndirici təkliflərə aldanmayın.
Sonradan təəssüflənməmək üçün fəaliyyətin optimal istiqamətini
seçin.
Xərçəng - Günün ilk yarısında müxtəlif olayların mozaikasında
çaş-baş qalmayın. Şəraitə uyğun olaraq planları sürətlə dəyişməyə
hazır olun. Uğur qazanmağınıza yalnız ətrafınızda yaşanan
hadisələrə həddən artıq emosional münasibət mane ola bilər.
Günün ikinci yarısında tərəfdaşlarla şəriklərin davranış
motivlərini araşdırmağa çalışmayın. Öz işinizlə məşğul olun. Yeni
tanışlıqlar və sərfəli görüş şansı var.
Şir - Əla gündür. İşlərinizlə məşğul olmaqla yanaşı, planlarınızı
təkmilləşdirməyi unutmayın. Enerji səviyyəniz yüksələcək. Çox işlər
görə bilərsiniz. Məqsədə çatmaq üçün şəriklər və tərəfdaşlarla
danışıqlar aparın, qüvvə və biliklərinizi tətbiq etmək məqsədilə
yeni sahələr arayın.
Qız - Mövqeləriniz aktiv, yaşam prinsipləriniz dəyişməz olmalıdır.
Yeniliklər pis deyil. Fərqli, maraqlı fəaliyyət istiqamətni seçə
bilərsiniz. Problemlərin həllində yaradıcı, orijinal metodları
seçin. Günün ikinci yarısında ev işlərinə vaxt ayırmağı unutmayın.
İslahatlar edin, yaşam arealını bir qədər fərqli formaya salın.
Tərəzi - Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa
çalışın. Bu, o qədər də çətin deyil. Kollektivdə mühüm xəbər
eşidəcəksiniz. Yaxın günlərlə bağlı maddi perspektivlərinizi
müəyyənləşdirin. Stavka etdiyiniz işləri konkretləşdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əhəmiyyətli yeniliklər
istisna deyil. Hələlik hər şey ilkin razılaşmalar səviyyəsində olsa
da, olayların az sonra alacağı formanı təxminləyin.
Əqrəb - Şərait gərginləşir. Aldığınız informasiyalara diqqət
yetirin. Yazışmada diqqətli olun. Perspektivdə mövqelərinizi
möhkəmləndirəcək bəzi detalların aşkarlandığı zamandır. Ünsiyyətdə
qarşı tərəfə təzyiq göstərməyin. Güzəştə meylli olun.
Günün ikinci yarısında qarşı tərəflə danışıqlarda məntiqsiz təsir
bağışlamayın. Zahiri görünüşünüzə fikir verin.
Oxatan - Hadisələr sürətlənir. Tənbəl və süst olmayın. Görüləsi
işlərin sayı da artır. Heç nəyi təxirə salmayın, proseslərin adi
iştirakçısına dönməyin. Effektini dərhal görə biləcəyiniz işlər
indi xüsusilə aktualdır. Ev işlərindən yaxa qurtarmağa can
atmayın.
Ağır fiziki iş istisna deyil. Günün ikinci yarısında konkret sonuca
köklənin. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı ifrat
gözləntiləri var. Sözlərinizə və hərəkətlərinizə tərəfdaşların
verdikləri reaksiyaları diqqətsiz qoymayın.
Oğlaq - İşləri ertələməyin. Önəmli məsələlərin həllini təxirə
salmayın. Problemləri çözmək üçün qarşı tərəflə danışıqlar aparmaq,
razılaşmalara nail olmaq gərəkdir. Tərəfdaşlarla münasibətlərinizin
ciddi təftişə ehtiyacı var. Günün ikinci yarısında formalaşan
gərginliyi qulaqardına vurmayın. Diqqətli olun, tənqidlərdən
inciməyin. Ətrafınızdakı insanları tərifləyin, kollektivdə xoş
ab-hava yaratmağa çalışın. Çox işləməkdən qorxmayın.
Dolça - Bol emosiyalar və təəssüratlar vəd edən zamandır. Sosial
baxımdan aktiv olmaq gərəkdir. İnformasiya axtarışına daha çox vaxt
ayırın. Ünsiyyət çevrənizi məhdudlaşdırmayın. Dəvət aldığınız
görüşə qatılın, danışıqlar aparın. Günün ikinci yarısında əyləncə
və istirahət istəklərinə aludə olmayın. Yaxın ətrafınızdakı
insanlarda sizinlə bağlı xoş təəssürat yaranmalıdır.
Balıqlar - Diqqətiniz bütünlüklə konkret işlərə yönəlməlidir. Bəzi
sahələrdə sürətlənmək gərəkdir. Sahibkarlıq və ya kommersiya
fəaliyyəti ilə məşğulsunuzsa, yeni layihəyə başlayın. Günün ikinci
yarısında sizə əməkdaşlıq, tərəfdaşlıq təklif edən insanla aktiv
təmasları unutmayın. Yeni ideyalar və təkliflər yaxın gələcəkdə
uğur vəd edir. Çaşqınlığa qapılmayın. Ən önəmli saydığınız işi
seçərək onunla məşğul olun.