Ulduz falı: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
Qoç
- Diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə uyğunlaşmağınıza
imkan verən təkanları təmin edən bütün dəyişikliklər və yeniliklərə
sürətli reaksiya verin. Əməkdaşlığı düzgün qurun, işi və yükü
bölüşdürün. Dominant mövqe tutmağa can atmayaraq bərabər məsuliyyət
və səlahiyyətlərlə kifayətlənməkdə fayda var.
Buğa - Praktiki işlərlə məşğul olun, yaşam arealını qaydaya salın.
Uzun müddət rutin, yeknəsək iş görüləsi məkanda səbrli olun.
Yaşamınızda yaranan mövzuları müşahidə edin. Əvvəllər də hazır
olmadığınız məsələni sizə yenidən təklif edə bilərlər. Təşəbbüs və
təklif sarıdan korluq yoxdur. Di gəl, başqa şəxslərin də diqqət və
dəstəyinə nail olmaq gərəkdir.
Əkizlər - Hesablamalar, dəyərləndirmələr və emosional reaksiyalarda
yanlışlığa yol verməyin. Səmimiliyiniz gözləntilərinizin əksinə
olaraq, fərqli davranışa rəvac verəcək. Alış-veriş, maliyyə
əməliyyatlarını təxirə salın.
Ailədə maddi məsələ ilə bağlı dartışma yarana bilər.
Xərçəng - Çoxdan bəri nigranlıqla gözlədiyiniz xəbəri alacaqsınız.
Ödəniş, təklif və rəğbət təzahürü istisna deyil. Bu gün ifrat
aktivlik nümayiş etdirməyin. Sabah yeni qüvvə, yeni istəklərlə işə
başlamaq üçün bu gün özünüzü həddən ziyadə yormayın.
Bəzi problemlər aktiv müdaxilə olmadan da çözüləcək.
Şir - Yaxşı "dava" və ya müsabiqə, habelə qarşıdurma gözləntisindən
qurtulun.
Pozitiv emosiyalar, həyata real baxış, perspektivlərin və yeni
imkanların dəyərləndirilməsinə ehtiyac var. İntuisiyanız hadisələri
qabaqlamasın.
Qız - Qəfil hadisələr və ya şərtlər bir zamanlar unutmağa
çalışdığınız mövzunu sizə xatırladacaq insanla görüşə rəvac verə
bilər.
Yaxın günlərdə sizi intensiv, xüsusi zəhmət tələb edən işlər
gözləyir. İlkin hazırlıq, danışıqlar qaçılmazdır. Sizə yardım etmək
istəyən adamlar az deyil.
Tərəzi - Aldığınız xəbərə vəziyyətin tələb etdiyindən artıq
emosional reaksiya göstərməyin. Adekvat davranın. Hisslər və
həyəcanlar baş verənləri dəqiq dəyərləndirməyə mane olmamalıdır.
İndiki dövrdə fəaliyyətinizi dürüst nizamlamağın xüsusi əhəmiyyəti
var. Qərar və yeniliklərdə tələsməyin.
Əqrəb - Maraqlı, amma qarışıq gündür. Şərtlərin sıralanmasını
uğursuz hesab etmək əvəzinə situasiyadan maksimum yararlanmağa
çalışın.
Baş verən hadisələr, sadəcə, ötənlərdəki əməllərinizin əks-sədası
və indiyə gəlib çatan mesajlardır. Tənbəl və ətalətli olmayın,
sayıq davranın. İşləri nəzarətdə saxlayın, münasibətlərdə müdrik
olun. Tərəfdaş və ya şərikə təşəbbüslə çıxış etməyə imkan yaradın.
Əlavə iş və tapşırıq həvalə etməyin, səhvləri xatırlatmayın.
Oxatan - Əvvəllər yol verdiyiniz səhvləri təkrarlamayın. Məram və
niyyətlərinizin miqyasını genişləndirin, sevdiyiniz insanları
sevindirin. Vədlərinizi yerinə yetirin və görülməmiş işlər
silsiləsini bitirin. Alış-veriş üçün uğurlu gündür.
Ailə üzvləriniz və ya ev üçün nə isə almaq olar.
Oğlaq - Yarımçıq qalmış işləri başa vurun, borcları ödəyin, yaşam
arealında nizam yaradın. Şəxsi məsələlərin həllinə vaxt ayırın.
Zahiri görkəminizi unutmayın. Olayların sürət və intensivliyindən
asılı olmayaraq soyuqqanlı davranın.
Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi ilə
münasibətlər gərginləşə bilər. Emosiyaların əsarətinə düşməyin.
Dolça - Yüz ölçüb-bir biçin və bu prinsipdən günün önəmli
situasiyalarında yararlanın.
Yeni seçim variantlarının qəflətən yarandığı vəziyyətlərdə yalnız
inanılmış, etibar etdiyiniz tərəfdaşlara güvənin. Ümumi işdə
problemi həll etmək, daha yaxşı çözüm variantı tapmaq imkanları
var.
Balıqlar - Emosiyaları qaydaya salmaq üçün yaxşı gündür. Sevdiyiniz
insanların qayğısına qalın, onlara qarşı həssas və səmimi olun.
Yaradıcılıq imkanlarınız yüksək səviyyədədir. Həmişəki kimi
davranmaqdan çəkinərək fəaliyyət stilinizi dəyişdiyiniz, daha
optimal və effektiv vasitə seçdiyiniz işlərdə uğur sizin
olacaq.