Orqanlarımıza oxşayan məhsullar bu orqanlar üçün ən faydalısıdır
Bəzi
məhsullar insan orqanlarına çox bənzəyir
Məsələn, qoz beyinə, kök gözün qüzehi qişasına oxşayır və s. Ən
maraqlısı isə budur ki, bu məhsullar məhz bu orqanlar üçün ən
faydalısı sayılır.
Sizi bu möcüzəvi məhsullar ilə tanış edirik:
Qoz və beyin
Bir çox elmi araşdırmalar təsdiq edib ki, qoz beyin üçün ən faydalı
məhsuldur. Omeqa-3 polidoymamış yağlarla zəngin olan qoz beyinin
fəaliyyətinə çox müsbət təsir edir, beyini cavan saxlayır.
Kök və göz
Vitaminlərlə (xüsusilə A vitamini ilə) zəngin olan kök görmə üçün
çox faydalıdır.
Kərəviz və sümüklər
Kərəvizin gövdələri həqiqətən sümükləri xatırladır. Kremniumla
zəngin olan kərəviz sümüklərin sağlamlığı və möhkəmliyi üçün ən
faydalı məhsuldur.
Qreypfurt və süd vəzi
Qreypfrut və həmçinin portağalın, limonun tərkibində olan
"limonoid" maddələri süd vəzini xərçəngdən qoruyur.
Pomidor və ürək
Likopin maddəsi ilə zəngin olan pomidor ürək üçün ən faydalı məhsul
sayılır. Likopin damarların sağlamlığını qoruyur, ürək-damar
sistemi xəstəliklərinin riskini azaldır. Pomidorun termik emalı
likopinin miqdarını dəfələrlə artırır.
Zəncəfil və mədə
Zəncəfilin tərkibində olan "gingerol" maddəsi güclü iltihabəleyhinə
təsirə malikdir, mədədə isltihabı azaldır. Həmçinin zəncəfil
ürəkbulanması, qarın ağrısı, qarında spazm zamanı ən yaxşı təbii
vasitədir.
Avokado və uşaqlıq
Avokado uşaqlığın sağlamlığı üçün çox faydalıdır, uşaqlıqda
xəstəlik və pozulmaların inkişafına mane olur.