"Nağıl saatı" nın qonağı Aylin Qarayeva oldu
Nağıl saatının yeni qonağı Aylin Qarayevanı tanıyaq
Aylin Kirəç Muğanlı ictimai məktəbinin 1-ci sinif şagirdidir. 7 yaşlı Aylin nağıl danışmağı çox sevir.

O, nağıllara olan sevgisindən irəli gələrək "Marneuli" radiosunun dinləyicilərinə "Qırmızı papaq" nağılını danışdı.


Əziz valideynlər!

Siz də radiomuzun körpələrə ayıracağı "Nağıl Saatı"-na öz övladlarınızı və yaxınlarınızı yönləndirə, onların danışacağı nağılları 96.9 fm vasitəsi ilə dinləyə bilərsiniz.

7 yaşından 16 yaşa qədər körpə və yeniyetmələri radioda Azərbaycan, gürcü xalq nağıllarını, eləcə də dünya nağıllarını səsləndirməyə dəvət edirik.

Maraqlanan şəxslər 557 99 44 15 nömrəsinə zəng vura və "Marneuli" radiosunun jurnalisti Pərvin Hacıyeva ilə əlaqə saxlaya bilərlər.


"Marneuli" Radiosu
Print
თეგები: Marneulifm Marneuli