Zuqdididə saxlanılan "Milli Hərəkatın" fəallarından birinə qarşı ittiham irəli sürülüb, digəri isə sərbəst buraxılıb
“Milli
Hərəkatın” fəalı Manuçar Çxedia xırda xuliqanlıq və polisin qanuni
tələbinə tabe olmadğına görə saxlanılıb.
Bu
haqda jurnalistlərə saxlanılan şəxsin vəkili Miranda Qoqoxia
bildirib.
Onun məlumatına görə, saxlanılan özünü günahkar hesab etmir və o,
öz mövqeyini məhkəmədə bildirəcək. O, inzibati xətalar məcəlləsinin
161-ci və 173-cü maddələri ilə ittiham edilir.
Ana Tsitladze isə polis binasını tərk edib.