4-cü mərtəbədən yıxılan 16 yaşlı qız klinikada dünyasını dəyişib (VİDEO)
Ötən gün yaşayış binasının 4-cü mərtəbəsindən yıxılan 16 yaşlı qız “Rustavi” klinikasında dünyasını dəyişib.
Hadisə Rustavidə, 20-ci mikrorayondakı çoxmərtəbəli evlərdən birində gecə saatlarında baş verib. Yaralanmış qızı təcili yardım briqadası ağır vəziyyətdə klinikaya aparıb. Klinikadan “Interpressnews”a verilən məlumata görə, ona lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.


Mənbə: İnterPressNews

Print