26 aprel üçün ulduz falı
26
Aprel 2019-cu il, Ulduz falı. Yaxınlarınıza yardım
edin
Qoç - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam
potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz
çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var. Yeni, çətin
və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın:
həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə
irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır.
Köçmək, təmirə başlamaq, şəraiti dəyişmək olar. Ailəniz və
yaxınlarınız üçün faydalı nə isə etmək şansını əldən verməyin.
əməyinizin bəhrələrindən razı qalacaqsınız.
Buğa - bu gün böyük uğurlara nail olmaq xeyli çətinləşib.
Bədxahlarınız və maskalanmış düşmənləriniz irəliləyişinizin
qarşısını almaq üçün əllərindən gələni edirlər. Başa vurduğunuz
işin və bitirdiyiniz səylərin nəticələrini mənimsəmək istəyənlərə
mane olun. Gün çox yorucu, emosional baxımdan mürəkkəbdir. Axşam
saatlarına yaxın sizi ən kiçik məsələ, ən xırda olay təbdən çıxara
bilər. Münaqişələrə rəvac olmamaq üçün təmas dairənizi
məhdudlaşdırın. Günün ikinci yarısından təhsil, bilik və
bacarıqların artırılması, təcrübə bazasının genişləndirilməsi üçün
istifadə etmək olar. Əqli əmək sizi sevindirməklə yanaşı, konkret
nəticələr də verəcək.
Əkizlər - emosional yön baxımından olduqca əlverişsiz gündür. Sakit
və səbrlə davranmaq asan deyil. Əhvalınız kəskin şəkildə dəyişə
bilər.
İşdə həmkarlar və rəhbərliklə problemlərin yaranması istisna deyil.
Hadisələrin belə arzuolunmaz məcrada baş verməməsi üçün emosiyaları
işgüzar maraqlardan ayırın. İş yoldaşlarınızla qaba və aqressiv
davranmayın. Günün ikinci yarısında məqsədə çatmaq üçün hiyləyə əl
atmayın. Hiyləgərlik etsəniz, uğura nail ola bilərsiniz. Amma
unutmayın ki, belə davranışın çox ağır nəticələri və fəsadları ola
bilər.
Xərçəng - həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri
həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün
asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər.
Diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir. Onları həll
edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və
suallara cavab tapmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla
münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum
yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq. Qətiyyətli və
təşəbbüskar olun.
Şir - pozitiv təmayüllərin təsiri güclüdür. İşgüzar aktivliyiniz
yüksək olsun ki, uğurlara bel bağlaya biləsiniz. İşdə mövqeləriniz
möhkəmlənə bilər. Təşəbbüskar olun, nəyə qadir olduğunuzu göstərin.
Maraqlı ideya və təkliflərlə çıxış edin, lider məziyyətlərinizi
göstərin, təşkilatçılıq məharətinizi nümayiş etdirin. Unutmayın ki,
işdəki irəliləyişinizin bundan sonrakı durumunun asılı olduğu insan
sizi diqqətlə müşahidə edir. Xırda problemlərə həddən ziyadə diqqət
verməyin. Gündəlik məişət qayğıları sizi pərişan etməməlidir. Hər
şeyə sadə yanaşın, gözütox olun və ən başlıcası - çətinliklərdən
qorxmayın.
Qız - peşəkar müstəvidə uğurlarınız və nailiyyətləriniz böyük
olmayacaq. Çox fikirləşməyin, yoxsa fəaliyyət üçün vaxt az qalacaq.
Başqasının əməllərini təkrarlamayın. Müstəqil addım atın, öz
yolunuzu gedin. Maliyyə durumunuzda yaxşılaşma ola bilər.
Alış-verişdə bədxərclik etməyin.
Sevdiyiniz insanla münsibətlərdə sərt davranmayın. Ən kiçik, ilk
baxışdan önəmsiz səbəbdən münaqişə yarana bilər. Sakit olun, toxtaq
davranın.
Məntiq və şüurunuz emosiyaları nəzarətdə saxlasın.
Tərəzi - iş üçün çox yaxşı gündür. İşgüzar fəallıq yüksəkdir, çox
işləri başa vura bilərsiniz. Səhvlərə yol verməyin, məğlubiyyətsiz
taktika gəlişdirərək ondan yararlanmağa can atın. Parlaq
ideyalarınızı yaxın ətrafınızdakı insanlarla bölüşməyə can
atırsınız. Əməyiniz və səyləriniz diqqətsiz qalmayacaq. Ödül
səxavətli olacaq. Münaqişələrin çözülməsi, problemlərin həlli,
mürəkkəb suallara cavabların tapılması üçün yaxşı vaxtdır. Uzaq
səfərlərə, tənha səyahətə çıxmaq olmaz.
Əqrəb - uğurlu gündür. Çətinliklərin öhdəsindən gələcəksiniz.
Özünüzə inamı itirməyin. Bu gün uğur üçün yetərincə imkanlarınız
var. Sövdələşmə, maliyyə əməliyyatlarının aparılması üçün əlverişli
gündür. Xərclərin əksər hissəsi ailənin tələbatının ödənməsi ilə
bağlıdır. Xəsislik etməyin.
Ailə üzvlərinin, sevdiyiniz insanların xoş emosiyaları, sevinci hər
şeyə dəyər. Günün ikinci yarısı konfrans, seminar və ya analoji
tədbirə dəvət ala bilərsiniz. Həmfikir olduğunuz insanı asanlıqla
ümumi işə cəlb edə bilərsiniz.
Oxatan - münbit emosional fona malik gündür. Yaxşı
əhval-ruhiyyədəsiniz. Kiçik problemlərdən təşvişə d6üşərək kefinizi
pozmayın. İşdə əhəmiyyətli uğur qazana bilərsiniz. Rəhbərliyin
rəğbətini qazana bilərsiniz. Əvvəllər səlahiyyət dairəsinə daxil
olmayan işlərlə məşğuliyyət ehtiyacı yarana bilər. Yeni və faydalı
biliklər, bacarıqlar əldə etmək üçün əlverişli vaxtdır. Xoş
təəssürat bağışlamaq istədiyiniz insanla axşam saatlarında görüşə
bilərsiniz. Səlis olun, nə demək istədiyinizi bilin, söylədiyiniz
ifadələrin fərqinə varın.
Oğlaq - dostlarla ünsiyyət və birgə fəaliyyətin
intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə
və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin,
amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli
vaxtdır. Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz.
Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var.
Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks
təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz.
Dolça - tənbəl və ətalətli olmayın. Başladığınız işi tamamlayın.
Təxirəsalma istəyi nə qədər güclü olsa da, emosiyalara uymayın.
Zəifliklərinizin əsiri olmayın, məntiq və "hədd hissi"ni unutmayın.
İzafi işlərə başlayaraq özünüzü yormayın. Günün ikinci yarısında
planlaşdırılmış şəkildə hərəkət edin.
Yaxınlarınıza yardım edin. Həssas olun. Hətta kimsənin dil
tapmadığı insanlarla belə, ortaq məxrəcə gələ bilərsiniz. Asanlıqla
güzəştə getməyin. Çünki çox yumşaq olsanız, sonradan yerinə
yetirilməsi çətin öhdəliklər məngənəsində qala bilərsiniz. Axşam
saatlarında istirahət edin.
Balıqlar - bir neçə gün əvvəl əvvəl başladığınız işi başa vurun.
Təxribatlara uymayın. Yeni işlərə başlamayın. İndiyədək qüvvənizi
sınamadığınız sahələrdə yeniliklər etməyə cəhd göstərməyin.
Başqalarının səhvlərindən nəticə çıxarın. Yanlışlıqlığa yol
versəniz, səhvlərinizi nəzərdən keçirin.